Caspian European Club-un idarə heyətinin üzvlərinin seçkisi başa çatıb. Seçkilərin nəticəsinə görə Caspian European Club-un yeni sədri Telman Əliyev seçilib. Telman Əliyev eyni zamanda Caspian European Club və Caspian Energy qrupunun Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə baş icraçı direktorudur. Bu barədə Caspian European Club-un mətbuat xidməti məlumat verib.
Caspian European Club-un Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə idarə heyətinin qapalı səsvermə yolu ilə seçilən 6 üzv Zərifə Həmzəyeva (Gazelli Group-un prezidenti),Avni Dəmirçi (ZiraatBank Azerbaijan-nın idarə heyətinin sədri), Fərid Məmmədov (Caspian Event Organisers LLC-nin baş direktoru), Nəriman Məmmədov (Transbroker / Narimanfilm-in baş direktoru), Rəşad Abbasov (ASE Express & OCS-un direktoru) və Savaş Uzan (Azersun Holding-in idarə heyətinin üzvü) olub.
2020-ci il fevralın 27-dən 29-dək davam edən seçkilərdən öncə Caspian European Club-un rəsmi saytı (www.caspianenergy.org) vasitəsilə seçkiqabağı səsəvermə keçirilib. Səsvermə hüququndan Caspian European Club-un ofisləri Bakıda yerləşən üzv şirkətlərinin 194 top-meneceri və nümayəndəsi yararlanıb.
Eyni zamanda seçki çərçivəsində sahə və sahələrarası komitələrin, işçi qruplarının rəhbərləri seçiliblər. Onların adlarından ibarət yekun siyahı Caspian European Club-un idarə heyətinin yeni heyətinin ilk toplantısında təsdiqlənəcək. Həmin iclasda həmçinin Klubun yaxın 2 il ərzində həyata keçiriləcək yeni inkişaf strategiyası müəyyənləşəcək. İdarə heyətinin üzvləri eyni zamanda Caspian European Club-un İcra Komitəsinin yeni tərkibini də təsdiqləməlidirlər.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Çexiya, Özbəkistan və Latviyada səlahiyyətli nümayəndələri var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət