Ağstafa Aqroparkının yaradılmasına sərmayələr 80 milyon manata yaxın təşkil edib. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Ağstafa Aqroparkına 80 milyon manat ətrafında vəsait qoyulub Bu aqroparkın kənd təsərrüfatının inkişafına da çox böyük dəstəyi olacaq”, - Əliyev Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında bildirib.
Dövlət başçısı qeyd edib ki, aqroparkda məhsuldarlıq orta məhsuldarlıqdan çoxdur. “Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq 32 sentnerdir, sizdə isə 40-50 sentner məhsul əldə edilir. Bu da çox vacibdir. Çünki bizim əkin sahələrimiz bir qədər məhdud olduğu üçün məhsuldarlığın artırılmasına xüsusi diqqət göstərilməlidir”, - Əliyev deyib.
Prezident bəyan edib ki, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması - bütün bunlar dövlət siyasətimizin tərkib hissəsidir. “Azərbaycanlı investorlar, ilk növbədə, Azərbaycana vəsait qoymalıdırlar ki, bizdə işlər daha yaxşı getsin. Çünki bizim əhalimiz artır. Biz hər il 100 min artan əhalini gələcəkdə iş yerləri ilə təmin etməliyik. Ona görə iqtisadi inkişaf, sərmayə qoyuluşu demoqrafik inkişafı üstələməlidir”, - dövlət başçısı əlavə edib.
“Ağstafa Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının sədri Rəsul Orucov prezidentə burada həyata keçirilən işlər və yaradılan şərait barədə məlumat verdi.
Kompleksin ərazisində saatda 5 ton emal gücü olan paxlalı bitkilərin toxumu istehsalı zavodu, saatda 25 ton emal gücü olan dənli bitkilərin toxumu istehsalı zavodu inşa olunub.
Bundan başqa, kompleksdə sutkada 120 ton emal gücü olan dəyirman, çörək və yarımfabrikatlar istehsalı zavodu, müasir avadanlıqlarla təchiz edilmiş fast-food iaşə xidmətləri obyekti, aqromarket, yeraltı avtomobil dayanacağı inşa edilərək istifadəyə verilib.
Müəssisə toxum istehsalından başlayaraq taxılın becərilməsini, emalını son istehlak məhsuluna gətirərək əhaliyə təqdim edir. Məhsullar həm keyfiyyət göstəricilərinə, həm də beynəlxalq bio standartlarına tam cavab verir. İstehsal sahələrində istifadə olunan bütün texnoloji xətlər Almaniya və İsveçrə avadanlıqlarıdır.
Ağstafa Aqroparkında və onun törəmə müəssisələrində çalışanların ümumi sayı 360 nəfər təşkil edir. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət