Avropa Yenidənqurma və İnkişaf Bankı və Gəncə şəhər İcra Hakimiyyəti şəhərdə infrastrukturun inkişafı üzrə pilot layihənin reallaşdırılmasına dair saziş imzalanıb. Bunu “İnterfaks-Azərbacan”a Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink deyib.
İmzalanma Bakıda Yurgen Riqterinkin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Ni.azi Bayramovla görüşü zamanı baş tutub.
Riqterinkin sözlərinə görə, AYİB şəhər infrastrukturunun inkişafı və ətraf mühitin sağlamlaşdırılmasında Azərbaycana yardım etməyə hazırdır.
“Hələ ötən il Azərbaycan rəhbərliyinə $350 milyon dəyərində “yaşıl layihə” təklif etdik. Qeyd etmək istərdim ki, fikrimcə, bu gün Azərbaycan rəhbərliyi ətraf mühitin yaxşılaşması və tullantıların azalmasında maraqlıdır. Biz, öz növbəmizdə hökumətə bu istiqamətdə dəstək təklif etdik, çünki bu sahədə zəruri təcrübəmiz var. Nəticədə, Gəncə şəhərində pilot layihə reallaşdırmağa razılıq verdik”, - Riqterink bildirib.
Onun sölzərinə görə, gələn həftə AYİB-in missiyası şəhər ilə tanışılıq və fəaliyyətin istiqamətini müəyyən etmək məqsədilə Gəncəyə səfər edəcək.
“Gəncə, “Yaşıl şəhər” layihəmizə qioşulan 40-cı şəhər olacaq. Proqram çərçivəsində AYİB prioritetlərin müəyyən edilməsi və ekoloji problemlərin həlli üçün tədbirlər planının tərtib olunmasında Gəncəyə yardım etməyə hazırdır. O cümlədən, bank küçələrin işıqlandırılması, şəhər nəqliyyat, su təchizatı, bərk tullantıların idarə edilməsi, mərkəzləşdirilmiş istilik təchizatı və bərpa olunan enerji infrastrukturunun modernləşdirməsini maliyyələşdirməyə hazırdır”, - Riqterink qeyd edib.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. İndiyədək AYİB Azərbaycanda 170 layihənin maliyyələşdirilməsinə 3,3 milyard avro ayırıb. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət