Dünya Bankının (DB) Direktorlar Şurası məşğulluğa dəstək layihəsinin maliyyələşdirilməsi üçün Azərbaycana $100 milyon məbləğində kredit ayırıb. Bu barədə bankın məlumatında deyilir.
Kredit vəsaiti 4 ili güzəştli olmaqla 14 il müddətinə ayrılıb.
5 illik dövrü əhatə edən məşğulluğa dəstək layihəsinin məqsədi Azərbaycanda əhalinin həssas təbəqələrinə iş tapmaqda, əmək bazarında özünüməşğulluq imkanlarının reallaşdırılmasında kömək etməkdir. Layihə gənclər, qadınlar, təhsil səviyyəsi aşağı olan insanlar və ölkə daxilində köçürülmüş şəxslər arasında məşğulluqla bağlı vəziyyətin yaxşılaşdırılmasına yönəldiləcək.
“Bu, Azərbaycan və cəmiyyətin daha həssas təbəqələri üçün iş imkanlarının yaxşılaşdırılması istiqamətində onun göstərdiyi səylər üçün mühüm layihədir”, - deyə bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Navid Naqvi bildirib.
Layihə Dövlət Məşğulluq Xidmətinin iş axtaran şəxsləri daha yaxşı qiymətləndirmək və məsləhətlər vermək, iş seçimi və müvafiq məşğulluq proqramlarına yönəltmə imkanlarını artıracaq.
Daha əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirmişdi ki, Azərbaycan hökuməti DB ilə bu layihə üzrə iyun ayına qədər kredit sazişi imzalamağı nəzərdə tutur.
Bankın kredit vəsaiti 2019-cu ildə 10,354 min Azərbaycan vətəndaşının cəlb olunduğu özünüməşğulluq layihəsinin inkişafı üçün istifadə ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2020-ci il üçün özünüməşğulluq proqramının maliyyələşdirilmə həcmini 63 milyon manat (cari məzənnə ilə $37 milyon) məbləğində qiymətləndirir.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $3,5 milyard məbləğində kredit ayırıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət