2019-cu ildə Azərbaycan şirkətləri Belarus Universal Əmtəə Birjasında $14,2 milyon dəyərində əqd həyata keçiriblər. Bu barədə BUƏB-nin idarə heyətinin sədri Aleksandr Osmolovski bəyan edib.
Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov BUƏB-də olub, Aleksandr Osmolovski ilə görüşüb. Bu barədə BELTA məlumat verir.
Qəndilov qeyd edib ki, səfirlik BUƏB ilə birgə Azərbaycan biznesinin nümayəndələrini birja meydançasının imkanları barədə məlumatlandırmaq və bu mexanizmdən istifadəni tövsiyyə etməyə hazırdır.
Həmçinin diplomat BUƏB rəhbərliyinin qeyri-rezident şirkətlərin akkreditasiya prosedurunun sadələşdirilməsi qərarını dəstəkləyib. O qeyd edib ki, hərracın xarici iştirakçılarına tərəf atılan bu addım, o cümlədən Azərbaycanla birja ticarət dövriyyəsinin artımına imkan yaradacaq.
Öz növbəsində, Osmolovski birja hərraclarında Azərbaycan şirkətləri tərəfindən satın alınan mallar nomenklaturasının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, birjada 33 Azərbaycan şirkəti akkreditasiyadan keçib.
“Ötən il ərzində onlar tərəfindən $14,2 milyon dəyərində əqd həyata keçirili, bu da 2018-ci ilin göstəricisindən iki dəfə çoxdur. Lakin meşə materiallarından əlavə, misal üçün quru süd, zərdab və ya metal məmulatlar satın alınsaydaı bu rəqəm 3 və ya hətta 4 dəfə artıq olardı. Bu, Azərbaycanda tələbat olunan məhsullardır, bu səbəbdən, fikrimcə, hələlik birja ticarətin potensialı tam həmcdə reallaşdırılmır”, - Osmolovski deyib.
O vurğulayıb ki, birja perspektivli malların siyahısnın tərtibatı, həmçinin BUƏB-nin Azərbaycanda brokeri olacaq layiqli şirkət axtarışında Azərbaycan səfirliyinin köməyinə ümid edir.
“Lakin əgər səyləri birləşdirsək, arzu olunan nəticələr əldə edə biləcəyik”, - Osmolovski əlavə edib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət