Azərbaycan Energetika Nazirliyi Əməkdaşlıq Xartiyası çərçivəsində OPEC+ məsləhətləşmələrinin müsbət məcrada aparılacağına ümid edir. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva deyib.
“OPEC+ ölkələri məsləhətləşmələrin Əməkdaşlıq Xartiyası çərçivəsində davam etdirilməsi barədə razılığa gəlib. Ümid edirik ki, bu məsləhətləşmələr müsbət məcrada davam etdiriləcək", - deyə o bildirib.
Müşavirin sözlərinə görə, indiyə qədər OPEC+ formatı çərçivəsində qəbul edilən bütün qərarlar neft bazarı üçün müsbət "mesaj" rolunu oynayıb.
"Dünən razılığın əldə olunmaması (sazişin müddətinin uzadılması ilə bağlı - İF) bazara da təsir edib və bu dəfə neftin qiyməti 7%-dən çox ucuzlaşıb. Ancaq neftin qiymətinin aşağı düşməsi ilə yanaşı, bazarda qeyri-sabitliyin olması da arzuolunmazdır”, - deyə Z.Əliyeva qeyd edib.
O hesab edir ki, bu məsələdə ilk növbədə, OPEC+ sazişinin əsas tərəfdaşları olan Səudiyyə Ərəbistanı ilə Rusiya arasında razılıq əldə edilməlidir.
Xəbər verildiyi kimi, OPEC+ ölkələrinin nazirlərinin martın 6-da keçirilən iclasının yekunları üzrə gələcək sövdələşmənin parametrləri ilə bağlı razılığa gəlinməyib. Bir gün əvvəl isə OPEC iclasdan sonra gündəlik neft hasilatının yalnız ikinci rüb üçün 1,5 milyon barrel azaldılmasını və mövcud sazişin (hasilatın 1,7 milyon barrel azaldılması ilə bağlı) müddətinin uzadılmasını tövsiyə edib. Bundan başqa, Səudiyyə Ərəbistanı neft hasilatının birgə azaldılmasını ehtiva edən OPEC+ sazişi üzrə əsas tərəfdaşı olan Rusiya ilə konsensusa nail olmayaraq OPEC ölkələri ilə neft hasilatının bütün 2020-ci il üçün daha 1,5 milyon barrel azaldılmasını razılaşdıraraq dərəcələri iki dəfə artırıb.
OPEC-in növbəti iclası iyunda keçiriləcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət