Azərbaycan Energetika Nazirliyi hələlik neft bazarında mövcud vəziyyəti izləyir, gələcəkdə ölkədə neft hasilatının artırılmasına dair qərar qəbil edilməyib. Bu barədə Energetika Nazirliyin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva deyib.
“Hazırda individual qaydada heç bir addıma cəhd etmirik. OPEC+ ölkələrinin neft hasilatının məhdudlaşdırılması üzrə sazişin vaxtı bitdikdən sonra ölkədə neft hasilatının artırılması məsələsi açıq qalır. Aprelin 1-dək hadisələrin necə cərəyan edəcəyinə diqqət yetirək”, - Z.Əliyeva “İnterfaks-Azərbaycan”a bildirib.
Azərbaycan Energetika Nazirliyi Əməkdaşlıq Xartiyası çərçivəsində OPEC+ məsləhətləşmələrinin müsbət məcrada aparılacağına ümid edir. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva deyib.
“Məlum olduğu kimi, OPEC+ ölkələri məsləhətləşmələrin Əməkdaşlıq Xartiyası çərçivəsində davam etdirilməsi barədə razılığa gəlib. Ümid edirik ki, bu məsləhətləşmələr müsbət məcrada davam etdiriləcək", - o bildirib.
Müşavirin sözlərinə görə, indiyə qədər OPEC+ formatı çərçivəsində qəbul edilən bütün qərarlar neft bazarı üçün müsbət mesaj rolunu oynayıb.
O hesab edir ki, bu məsələdə ilk növbədə, OPEC+ sazişinin əsas tərəfdaşları olan Səudiyyə Ərəbistanı ilə Rusiya arasında razılıq əldə edilməlidir.
Xəbər verildiyi kimi, martın 6-da OPEC+ üzv ölkələrinin iclasının yekunlarına dair gələcək saziş ilə bağlı razılıq əldə olunmayıb, həmçinin dünən keçirilən iclasdan sonra OPEC yalnız ikinci rübdə neft hasilatının azalmasını gündəlik 1,5 milyon barrel artırmağı və mövcud məhdudiyyətin gündəlik 1,7 milyon barrel uzadılmasını tövsiyyə edib.
Bundan əlavə, Səudiyyə Ərəbistanı OPEC+ neft hasilatının birgə azaldılmasını ehtiva edən OPEC+ sazişi üzrə əsas tərəfdaşı olan Rusiya ilə konsensusa nail olmayaraq OPEC ölkələri ilə neft hasilatının bütün 2020-ci il üçün daha 1,5 milyon barrel azaldılmasını razılaşdıraraq dərəcələri iki dəfə artırıb.
OPEC-in növbəti iclası iyunda keçiriləcək.**
N.Abbasova
Azərbaycan Energetika Nazirliyi hələlik neft bazarında mövcud vəziyyəti izləyir, gələcəkdə ölkədə neft hasilatının artırılmasına dair qərar qəbil edilməyib. Bu barədə Energetika Nazirliyin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva deyib.
“Hazırda individual qaydada heç bir addıma cəhd etmirik. OPEC+ ölkələrinin neft hasilatının məhdudlaşdırılması üzrə sazişin vaxtı bitdikdən sonra ölkədə neft hasilatının artırılması məsələsi açıq qalır. Aprelin 1-dək hadisələrin necə cərəyan edəcəyinə diqqət yetirək”, - Z.Əliyeva “İnterfaks-Azərbaycan”a bildirib.
Xəbər verildiyi kimi, martın 6-da OPEC+ üzv ölkələrinin iclasının yekunlarına dair gələcək saziş ilə bağlı razılıq əldə olunmayıb, həmçinin dünən keçirilən iclasdan sonra OPEC yalnız ikinci rübdə neft hasilatının azalmasını gündəlik 1,5 milyon barrel artırmağı və mövcud məhdudiyyətin gündəlik 1,7 milyon barrel uzadılmasını tövsiyyə edib.
Bundan əlavə, Səudiyyə Ərəbistanı OPEC+ neft hasilatının birgə azaldılmasını ehtiva edən OPEC+ sazişi üzrə əsas tərəfdaşı olan Rusiya ilə konsensusa nail olmayaraq OPEC ölkələri ilə neft hasilatının bütün 2020-ci il üçün daha 1,5 milyon barrel azaldılmasını razılaşdıraraq dərəcələri iki dəfə artırıb.
OPEC-in növbəti iclası iyunda keçiriləcək.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət