11 mart 2020-ci ildə Caspian European Club “Nəqliyyat və logistika” mövzusuna həsr olunmuş B2B Forum Baku təşkil edib. Bu barədə Caspian European Club və Caspian Energy qrupun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
B2B forumu çərçivəsində ADY KONTEYNER MMC, ASE ASIA SKY Express, Hellmann Worldwide Logistics, LV Caspian Shipping şirkətlərinin nümayəndələri qısa təqdimatla çıxış edərək öz fəaliyyətləri barədə danışıblar.
B2B forumunda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Gömrük Komitəsi, “Azərbaycan dəmir yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi nümayəndələri, həmçinin diplomatik missiya və beynəlxalq təşkilat rəhbərləri, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin top-menecerləri və ekspertlər iştirak ediblər.
B2B forum Caspian European Club tərəfindən beynəlxalq biznes-netvorkinq üçün yaradılmış unikal platformadır. Forum çərçivəsində biznes təmsilçiləri qısa təqdimatlar keçirir və öz fəaliyyətləri barədə məlumat verirlər.
Bakı, Almatı və Tbilisidə hər ay keçiriliən B2B forum qeyri-rəsmi şəraitdə ünsiyyət və Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən şirkət rəhbərləri ilə yeni işgüzar əlaqələrin qurulması üçün əlavə platformadır.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət