Milli Məclis cümə günü keçirilən iclasda “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklikləri qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan”ın parlament müxbiri məlumat verir.
Dəyişikliklərə əsasən, Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 9 ay - 4 dekabr 2020-ci il tarixinədək uzadılıb.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin qeyd etdiyi kimi, əmanətlərin tam sığortalanması müddətinin uzadılması əhalinin əmanətlərini qorumağa imkan yaradacaq. “Qeyd etmək istərdim ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun qəbul edilməmişdən əvvəl fiziki şəxslərin sığorta olunan depozitlərinin payı cəmi 24,3% təşkil edirdi. Hazırda isə əhalinin sığorta olunan əmanətlərinin payı 77%, həcmi isə - 6,4 milyard manata yaxın təşkil edir”, - Mirkişili bildirib.
Öz növbəsində, deputatlar Vahid Əhmədov və Əli Məsimli əmanətlərin tam sığortalanması müddətini daha uzun müddətə uzadılmasını təklif ediblər. Xüsusilə, Əhmədov tam sığortalanma müddətini 3 il uzatmağı təklif edib.
Azərbaycanda əmanətlərin tam sığortalanması sistemi 2016-cı il martın 1-də 3 il müddətinə tətbiq edilmişdi. 2019-cu ildə bu sistemin qüvvədə olma müddəti daha 1 il – 2020-ci il martın 4-dək uzadılıb.
2016-cı il martın 4-dən sığorta sistemi əhalinin əmanətlərinin bütün həcminə (əvvəllər məbləği 30 min manata qədər olan əmanətlər sığortalanmış hesab olunurdu) şamil edilir. Yeganə şərt bundan ibarətdir ki, əmanət üzrə faiz Əmanətlərin Sığortalanması Fondunun (ADIF) müəyyən etdiyi limiti keçməməlidir. Buna müvafiq olaraq əhalinin milli valyutada illik faiz dərəcəsi 10%-dən, xarici valyutada isə 2,5%-dən çox olan əmanətləri sığortalanmır.
Daha əvvəl AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov “İnterfaks-Azərbaycan” agentliyinə bildirmişdi ki, bank əmanətlərinin sığortalanmasının yeni modeli hazırlanacaq. “Hazırda biz əmanətlərin sığortalanmasının yeni modeli üzərində işləyirik. Hesab edirik ki, bu sistem yumşaq formada və mərhələli şəkildə tətbiq olunmalıdır”, - deyə o, qeyd edib. Yeni modelin tətbiqi müddətinə toxunan sədr deyib ki, bu, yalnız bank sektorunun tam sağlamlaşdırılmasından sonra mümkün olacaq. “Biz əvvəlcə ölkənin bank sektorunda bütün problemləri tam həll etməli, sonra isə əmanətlərin sığortalanmasının yeni modeli üzərində düşünməliyik. Cari sistem sektorda böhran dövründə tətbiq olunub və depozitlərin axınını dayandırmağa imkan yaradıb. Hazırda banklara etimad bərpa olunur, sektorda vəziyyət isə yaxşılaşır, ancaq bütün problemlər həll olunduqdan sonra əmanətlərin sığortlanması modelinin dəyişdirilməsi barədə danışmaq olar”, - E.Rüstəmov əlavə edib.
1 fevral 2020-ci il tarixinə əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 8 milyard 588,5 milyon manat, əhalinin xarici valyutada əmanətləri 4 milyard 388,6 milyon manat və ya bütün əmanətlərin 51,1%-i, milli valyutada əmanətlərinin həcmi 4 milyard 199,9 milyon manat və ya bütün əmanətlərin 48,9%-i səviyyəsində qiymətləndirilir.
31 yanvar 2020-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 8 milyard 165,4 milyon manat, qeyri-rezidentlərin isə 423,1 milyon manat təşkil edir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət