2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 7,7 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-fevral aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 21,7% artıb.
Bu dövrdə sənaye məhsulunun 68,4%-i mədənçıxarma sektorunda, 26%-i emal sektorunda, 5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Yanvar-fevral aylarında emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 5,7 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2,5 dəfə, içkilərin istehsalı 2,1 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 89,8%, geyim istehsalı 79,6%, hazır metal məmulatlarının istehsalı 56,5%, mebel istehsalı 47,3%, poliqrafiya məhsullarının istehsalı 40,7%, metallurgiya sənayesi məhsullarının istehsalı 39,6%, kağız və karton istehsalı 27,5%, elektrik avadanlıqlarının istehsalı 27,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 25%, kimya sənayesi məhsullarının istehsalı 19,5%, tütün məmulatlarının istehsalı 16,3%, neft məhsullarının istehsalı 11,3%, əczaçılıq məhsullarının istehsalı 4,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,6%, qida məhsullarının istehsalı 1,2% artıb.
Bu dövrdə maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 7,7%, maşın və avadanlıqların istehsalı 19,1%, tikinti materiallarının istehsalı 21,9%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 40,3% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 18,6 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,3 % artıb.
2019-cu ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 4,3% artıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət