2019-cu ildə “AzRe Təkrarsığorta” şirkətinin təkrar sığorta üçün alınmış sığorta haqları 57 milyon 801 min 346,02 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ildə “AzRe Təkrarsığorta” şirkətinin təkrar sığortaya qəbul etdiyi risklərin həcmi 54 milyon 446,543 min manat təşkil edib. Beləliklə, 2019-cu ildə şirkətin təkrar sığorta haqları 6,2% artıb.
“AzRe Təkrarsığorta”nın auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, ötən il şirkətin gəlirləri 60 milyon 383 min 40,06 manat (2018-ci illə müqayisədə azalma 4,4%) məbləğində olub.
Ötən il şirkətin xərcləri 28 milyon 437 min 584,86 manat (azalma 10,9%), o cümlədən sığorta hadisələri üzrə ödənişləri 8 milyon 183 min 508,47 manat (azalma 16,9%), sığorta işinin aparılması xərcləri 9 milyon 594 min 91,4 manat, təkrar sığortaya verilən sığorta haqları 10 milyon 275 min 438,96 manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
2019-cu ildə “AzRe Təkrarsığorta” şirkətinin vergi ödənilənədək mənfəəti 31 milyon 945 min 455,2 manat, 6 milyon 359 min 56,54 manat məbləğində mənfəət vergisi ödənildikdən sonra xalis mənfəəti 25 milyon 586 min 398,66 manat (2018-ci ilin göstəricisi ilə müqayisədə artım 2,1%) təşkil edib.
Maliyyə hesabatına əsasən, 2019-cu ildə şirkətin aktivləri 5,1% - 124 milyon 182 min 932,22 manata qədər, öhdəlikləri 13,8% - 31 milyon 332 min 547,15 manata qədər, kapitalı 2,4% - 92 milyon 850,385 min manata qədər artıb.
Ötən il şirkətin nizamnamə kapitalı 50 milyon manat səviyyəsində qalıb.
“AzRe Təkrarsığorta” şirkəti 2019-cu ildə dövlət qiymətli kağızlarına investisiya portfelini 38,1% –43 milyon 790,2 min manatadək artırıb, qeyri-dövlət qiymətli kağızlarına investisiya qoyuluşlarını 8,9% - 23 milyon 761 min 169,89 manatadək azaldıb. Banklarda depozitlər 65,6% – 1,756 milyon manatadək azalıb.
“AzReTəkrarsığorta” ASC Azərbaycanın sığorta bazarında təkrarsığorta fəaliyyəti ilə məşğul olan yeganə şirkətdir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət