Dünya Bankı (DB) ədliyyə sistemində islahatların davam etdirilməsi üçün Azərbaycana $50 milyon məbləğində kreditin ayrılmasını təsdiq edib. Bu barədə bankdan məlumat verilib.
Kredit vəsaiti 11,5 il müddətinə təqdim olunub, bunun 4 ili – güzəştli dövrdür.
Reallaşdırılması 4 il müdətinə nəzərdə tutulan layihənin ümumi dəyəri $70 milyon təşkil edir, bunun $50 milyonu DB, $20 milyonu isə Azərbaycan hökuməti tərəfindən ayrılacaq
Kredit resursları bir neçə istiqamət üzrə istifadə olunacaq: ədliyyə xidmətlərinin göstərilmə səviyyəsinin yaxşılaşdırılması; institusional potensialın, effektivliyin, monitorinq və qiymətləndirmənin gücləndirilməsi; pilot əsaslarla qabaqcıl texnologiyaların tətbiqi; layihənin idarə olunması və əlaqələndirilməsi.
“Layihə Azərbaycanın məhkəmə sisteminin effektivliyinin artırılması, xüsusilə həm şəhər, həm də kənd rayonlarında əhalinin daha zəif təbəqələrinin ədalətə çıxışının genişləndiriılməsinə yönəlib. Həmçinin, məqsəd daha artıq şəffaflığın və elektron ədalət xidmətlərinin genişləndirilməsi vasitəsilə əsas hüquqi xidmətlərə çıxışın təminatı, idarə olunma sistemlərinin möhkəmləndirilməsi və ictimaiyyətlə əlaqənin institutlaşdırılmasıdır”, - məlumatda qeyd olunur.
“Ədalər sistemində islahat iqtisadsi artıma əlverişli şəraitin yaradılması, vətəndaşlara və biznesə xidmətlərin effektiv təqdim olunmasının açarıdır. Bu layihə Azərbaycanda bütün insanlar üçün elektron ədalət xidmətlərini əlçatan edəcək”, - Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Naveed Naqvi belə hesab edir.
DB 2014-cü ilin iyul ayında “Ədliyyə sahəsində xidmətlər və yüksək texnoloji məhkəmə infrastrukturu” layihəsinin həyata keçirilməsi üçün Azərbaycana $100 milyon məbləğində kreditin ayrılmasını təsdiq edib. 30 iyun 2020-ci il tarixində başa çatacaq layihə çərçivəsində ədliyyə işçiləri üçün treninqlərin keçirilməsi, məhkəmələrin inzibati binalarının tikintisi, ədliyyə sahəsində xidmət sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dək layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $3,5 milyarddan artıq məbləğdə kredit ayırıb.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət