“S&P” agentliyi tərəfindən Azərbaycanın reytinqinin "BB+" səviyyəsində növbədənkənar təsdiqi və proqnozun "Sabit" saxlanılması avroistiqrazlar üçün müsbətdir.
"Biz hesab edirik ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi şəraitində Azərbaycanın suveren reytinqinin cari səviyyədə təsdiqlənməsi avroistiqrazlar üçün müsbətdir", - deyə “Qazprombank”ın icmalında bildirilir.
"İnterfaks-Azərbaycan" agentliyinin əldə etdiyi bu icmala əsasən, bankın analitikləri hesab edirlər ki, bu qərar gözlənilən olub. “Görülən tədbirlər sayəsində Azərbaycan iqtisadiyyatı 2015-ci illə müqayisədə xarici təsirlərə qarşı əhəmiyyətli dərəcədə dayanıqlılıq əldə edib: beynəlxalq ehtiyatların təmin edilməsi yüksək səviyyədədir və martın 1-nə olan vəziyyətə görə, Dövlət Neft Fondunun aktivləri nəzərə alınmaqla idxal üzrə 43,5 aya və ya ÜDM-in 103%-nə çatıb; borc yükü aşağı səviyyədə qalmaqda davam edir və 2019-cu ilin yekunları üzrə ÜDM-nin 20%-ni ötməyib; büdcə xərclərinin nominal artımının əvvəlki il üzrə təsdiq edilmiş xərclərə nisbətən 3% səviyyəsində məhdudlaşdırılmasını nəzərdə tutan büdcə qaydası tətbiq edilib; büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldilə bilən neft gəlirlərinin limitinin müəyyən edilməsi; həmçinin büdcənin qeyri-neft balansının hədəf səviyyəsinin qeyri-neft ÜDM-nin faizi ilə müəyyənləşdirilməsi və Azərbaycan Prezidenti tərəfindən təsdiq edilməsi; yanvar-fevral aylarında iqtisadi artımın 2,8%-ə qədər sürətlənməsini təmin etmiş qeyri-neft sektoru fəal inkişaf edir.
“Qazprombank”ın ekspertləri hesab edirlər ki, digər reytinq agentlikləri – "Moody’s" və “Fitch” də Azərbaycanın reytinqlərinə növbədənkənar baxılacağı təqdirdə ölkənin cari reytinqlərini "Sabit" proqnozla təsdiqləyəcəklər.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət