Azərbaycan hökuməti koronavirus infeksiyasının mənfi təsirinin minimuma endirilməsi məqsədilə biznesə və əhaliyə dəstəyin göstərilməsini nəzərdə tutan 9 proqram reallaşdırmağı planlaşdırır. Bu proqramların dəyəri 2,5 milyard manat və ya ÜDM-nin 3%-ni təşkil edir. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirinin qiymətləndirilməsi məqsədilə təkliflərin hazırlanması üçün bizim işçi qrupa 15 gün – aprelin 3-dək vaxt verilmişdi. Biz 9 proqram hazırlamışıq, onların ilkin dəyəri 2,5 milyard manat (cari məzənnə ilə təxminən $1,5 milyard) və ya ÜDM-nin 3%-ni təşkil edir”, - deyə M.Cabbarov bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti pandemiya şəraitində vətəndaşların sağlamlığnı qorumaq üçün məqsədyönlü şəkildə iqtisadi fəallığın azaldılmasına gedir. Bunun əvəzində hökumət bu vəziyyətin mənfi təsirinin minimuma endirilməsi üçün dəstək göstərəcək.
Nazir vurğulayıb ki, hökumət koronavirusdan ən çox və ya əhəmiyyətli dərəcədə zərər çəkmiş 4 sahə və ya 20 sektoru müəyyənləşdirib, hazırlanmış 9 proqramdan 2-si bu sektorlarda sahibkarlara dəymiş zərərin ödənilməsinə yönəldiləcək.
Birinci proqram 304 min muzdlu işçinin çalışdığı 44 min hüquqi şəxsi əhatə edəcək. Bunlar koronavirusdan 100% zərər çəkmiş 11 fəaliyyət istiqamətidir (ictimai iaşə, xidmət, turizm, otellər və s.). Həmin işçilərin əmək haqqının ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsi nəzərdə tutulur. Bu proqramın ikinci hissəsi koronavirusla əlaqədar əhəmiyyətli dərəcədə zərər çəkmiş 9 fəaliyyət istiqamətini əhatə edəcək (dəymiş zərərin həcmi 70% təşkil edir). Bu istiqamətlərdə aylıq əməkhaqqı fondunun 50%-nin dövlət tərəfindən ödənilməsi planlaşdırılır.
İkinci proqram 290 minə yaxın mikrobiznes subyektini əhatə edəcək. Onlara 2019-cu il ərzində həyata keçirdikləri vergi ödənişlərinin həcmi ekvivalentində yardım göstəriləcək.
Üçüncü proqram sahibkarlara vergi güzəştləri və tətillərinin verilməsini, 4-cü proqram ipoteka kreditləşməsinə dəstək göstərilməsini nəzərdə tutur.
“5-ci proqram sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə dəstək göstərilməsini, 6-cı proqram əhali üçün kommunal xidmətlər üzrə müəyyən güzəştlərin təqdim edilməsini nəzərdə tutur, çünki karantin şəraitində vətəndaşlar vaxtlarının böyük hissəsini evdə keçirir və müvafiq olaraq kommunal xidmətlərdən daha çox istifadə edirlər. 7-ci proqram sosial məsələlər blokunu əhatə edəcək”, - deyə nazir qeyd edib.
O, qalan 2 proqramın vacibliyini xüsusi diqqətə çatdırıb. “Onlardan biri biznes kredit portfelinə ümumi dəyəri 1 milyard manat ($588,2 milyon) olan dəstəyi nəzərdə tutur. «Bu proqramın mahiyyəti ondan ibarətdir ki, biz illik faiz dərəcəsi 10%-ə qədər olan biznes kreditləri üzrə faizləri dövlətin hesabına (Sahibkarlığın İnkişafı Fondunun xətti ilə) ödəməyi planlaşdırırıq. Əsas şərtlərdən biri budur ki, sahibkar nümunəvi kredit ödəyicisi olmalıdır. Digər proqram yeni verilən kreditlərə şamil ediləcək. Bu proqram çərçivəsində maksimum 15%-lə cəlb edilmiş kreditlər üzrə faizlərin 50%-nin dövlət tərəfindən ödənilməsi planlaşdırılır. Hər iki proqram ölkənin müvafiq dövlət qurumları ilə müzakirə olunacaq”, - deyə o əlavə edib.
Nazir vurğulayıb ki, yaxın günlərdə bu proqramların son dizaynı dövlət və özəl sektorla müzakirə olunacaq.
Prezident İlham Əliyev martın 19-da ölkə iqtisadiyyatının sabitliyinin davamlığının və xarici təsirlərə dayanıqlığının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, bu məqsədlər üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat (cari məzənnə ilə $588,2 milyon) ayrılacaq.
Bu vəsait yeni növ koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət