İqtisadiyyat Nazirliyi koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata mənfi təsirinin azaldılması çərçivəsində biznes subyektləri üçün nəzərdə tutulan vergi güzəştləri və tətillərinin siyahısını dərc edib.
İqtisadiyyat nazirinin başçılığı ilə xüsusi işçi qrupun hazırladığı təkliflərə əsasən, biznes subyektlərinə 13 növ vergi güzəşti və tətilinin verilməsi planlaşdırılır.
Xüsusilə mikrobiznes subyektlərinə müəyyən müddət üçün sadələşdirilmiş vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.
Bundan başqa, biznes subyektlərinin müəyyən müddətə əmlak və torpaq vergisindən azad olunması, mənfəət (gəlir) vergisindən müvafiq məbləğdə və müddətə azad olunması, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət vergisi ödəyicilərində isə mənfəət vergisindən azad edilməsi, bəzi vergi ödəyicilərinin müvafiq müddətə ƏDV-dən azad edilməsi, 2019-cu ilin nəticələrinə görə mənfəət vergisinin verilməsi müddətinin uzadılması, güzəştlər veriləcək fəaliyyət sahələri üzrə müvafiq müddətə cari vergi ödəmələrindən azad edilməsi, vergi hesabatlarının verilməsi müddətinin, habelə vergilərin ödənilməsi müddətinin uzadılması planlaşdırılır.
Güzəştlər çərçivəsində əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi (bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad edilməsi), əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə və daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad edilməsi, epidemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin sıfır dərəcə ilə tutulması, fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin mənfəət (gəlir) vergisi məqsədləri üçün gəlirdən çıxılması nəzərdən tutulur.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət