İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasından zərər çəkmiş sahibkarların cari kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı hazırlayıb. Proqram ümumi məbləği 1,5 milyard manat təşkil edən kreditləri əhatə edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Proqrama əsasən, hökumət dövlət zəmanəti olmayan 1 milyard manat məbləğində biznes kreditlərini subsidiyalaşdırmağı planlaşdırır. Mövcud bank kreditləri üzrə birinci il üçün faiz dərəcəsinin 10% bəndinin subsidiyalaşdırılması (kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq) nəzərdə tutulur.
Bunun üçün xüsusi vəsait ayrılacaq və subsidiyalaşma Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçiriləcək.
Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı hazırlanıb.
Bu proqrama əsasən, yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək. Kreditlərin maksimal faiz dərəcəsi 15%-dən yuxarı olmamalı, kreditlərin müddəti 3 ilədək olmalıdır. Zəmanət verilən kreditlər üzrə faizlərin yarısı dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq. Bu məqsədlə Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitin ayrılması planlaşdırılır.
İqtisadiyyat Nazirliyi, həmçinin İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı da hazırlayıb. Bu proqram çərçivəsində İpoteka və Kredit-Zəmanət Fonduna əlavə vəsaitin ayrılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan hökuməti koronavirus pandemiyası şəraitində biznesə və əhaliyə dəstəyin göstərilməsi üzrə 9 proqram hazırlayıb. Bu proqramların dəyəri 2,5 milyard manat və ya ÜDM-nin 3,1%-ni təşkil edir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət