Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan şirkətlərinə dəstəyi gücləndirəcək. Belə ki, ölkə iqtisadiyyatı koronavirus (COVID 19) pandemiyası və dünya bazarında neftin ucuzlaşması problemləri ilə üzləşib. Bu barədə AYİB-in məlumatında deyilir.
“Bu məsələ iqtisadiyyat naziri Mikayıl Cabbarov, AYİB-in Şərqi Avropa və Qafqaz region üzrə direktoru Matteo Patrone, AYİB-in Qafqaz üzrə regional direktoru Katarina Byorlin və bankın Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Duarte arasında telefon danışığı zamanı müzakirə olunub. AYİB rəsmiləri koronavirusun mənfi nəticələrinin aradan qaldırılmasında Azərbaycan şirkətlərinə kömək etmək üçün təcili yardım ayırmağa söz veriblər”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, AYİB koronavirus pandemiyasının mənfi nəticələrinin aradan qaldırılması üçün bankın üzvü olan ölkələrə 1 milyard avro ayırıb.
Azərbaycan hökuməti koronavirus pandemiyası şəraitində biznesə və əhaliyə dəstəyin göstərilməsi üçün 2,5 milyard manat (ÜDM-nin 3,1%-i) məbləğində vəsait yönəltmək niyyətində olduğunu bildirib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət