2020-ci ildə Azərbaycanda Dövlət İnvestisiya Holdinqi və İnşaat Korporasiyası yaradılacaq.
Nazirlər Kabineti bu gün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə və əhaliyə dəstəyin göstərilməsi üçün Tədbirlər Planını təsdiq edib.
Plana əsasən, bu il ərzində Azərbaycan İnşaat Korporasiyası yaradılacaq. Məqsəd postpandemiya dövründə tikinti sektorunda strateji layihələrin həyata keçirilməsidir.
Korporasiyanın funksiyalarına tikinti sahəsində strateji layihələrin işlənməsi; bu layihələrin maliyyələşməsinə investorların cəlb edilməsi; dövlət tərəfindən yeni tikinti layihələri üçün yerlərin ayrılması və zəruri infrastrukturun yaradılması; multi-funksional tikintini təmin edən pilot layihənin həyata keçirilməsi daxil olacaq.
Korporasiyanın yaradılması məsələsi ilə İqtisadiyyat və Maliyyə nazirlikləri məşğul olacaq.
2020-ci il ərzində Dövlət İnvestisiya Holdinqinin yaradılmasında məqsəd dövlət investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunmasından ibarətdir.
Holdinqin yaradılması məsələsi ilə İqtisadiyyat və Maliyyə nazirlikləri məşğul olacaq.
Bundan başqa, Planda sahibkarlığa dəstək üçün Koordinasiya Şurasının yaradılması, eləcə də ölkədə yaradılmış maliyyə və digər fondların fəaliyyətinin əlaqələndirilməsi nəzərdə tutulur.
Biznesin koronavirus pandemiyasının mənfi təsirindən qorunması məqsədilə dövlət əmlakını icarəyə götürmüş sahibkarlar 2020-ci ilin sonunadək haqq; sənaye məhəllələrinin rezidentləri icarə haqqı ödəməyəcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət