Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan tədbirlər Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin azalmasına və xərclərinin artmasına səbəb olacaq. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov belə hesab edir.
“Pandemiyanın sürətlə yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan qadağa tədbirlərinin sərtləşdirilməsi və kütləviləşdirilməsi iqtisadi artımın, eləcə də büdcəyə daxil olması planlaşdırılmış qeyri-neft sahələri üzrə vergi gəlirlərinin azalmasına səbəb olacaq. Xərclərə təsirinə gəldikdə, qeyd edim ki, pandemiya ilə mübarizə istiqamətində atılan addımlar artıq büdcə xərclərinin strukturunun dəyişməsinə səbəb olacaq və bu da, öz növbəsində, dövlət büdcəsi haqqında qanuna yenidən baxılmasını zəruri edir”, - deyə o, AZƏRTAC-a müsahibəsində bildirib.
Sədr hesab edir ki, büdcəyə yenidən baxılması prosesində əmlak vergisi və torpaq vergisi istisna olmaqla digər vergi növləri üzrə proqnoz göstəricilərin yenidən hesablanması vacibdir.
“Gəlir imkanlarının məhdudlaşması və xərclərin artımı qanunvericilikdə nəzərdə tutulmuş büdcə qaydasının tətbiqinin də müvəqqəti olaraq dayandırılması məsələsini aktuallaşdırır. Ümumiyyətlə, fiskal intizamın ən kəskin keşikçilərindən hesab olunan ali audit orqanları belə cari şərtlərdə bu intizamın bir qədər yumşaldılması tərəfdarlarındandır. Azərbaycan nümunəsində büdcə xərclərinin ünvanlılığının artması – daha həssas qruplara davamlı olaraq müavinətlərin verilməsi ilk addımlardan olacaq”, - deyə V.Gülməmmədov qeyd edib.
Onun sözlərinə görə, cari xərclərin artımının davamlı xarakter daşıyacağı şübhəsizdir. Xüsusilə də büdcə sektorunda çalışan işçilərin maliyyələşdirilməsi davam edəcək. Dövlət büdcəsinə yenidən baxılan zaman cari xərclərin həcminin 2020-ci il ilin birinci rübü səviyyəsində saxlanılmasına da diqqət yetirməliyik.
“Cari şərtlər dövlət borcunun da diqqətdə saxlanılmasını tələb edir. Fikrimizcə, xarici borcların Dövlət Neft Fondunun büdcəyə nəzərdə tutulan transfertləri hesabına ödənilməsi bu borcu daha az “təhlükəli” edər. Yeri gəlmişkən, Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın yeni prioritetlər və şərait nöqteyi-nəzərindən yenidən işlənilməsi, formalaşan yeni risklərin bu Strategiyada nəzərə alınması da bir zərurətə çevrilib”, - deyə sədr əlavə edib.
V.Gülməmmədov deyib ki, Hesablama Palatası təkliflərini həftənin sonuna qədər Nazirlər Kabinetinə təqdim etməyi planlaşdırır.
“Biz hər bir təklifin mümkün qədər əsaslandırılmasına çalışacayıq. Göndəriləcək təkliflərin hökumətin fəaliyyətinə faydalı olması və bu ağır sınaqdan az itkili çıxmasına səbəb olacağı qənaətindəyik”, - deyə o vurğulayıb.
V.Gülməmmədov qeyd edib ki, hökumətin addımları zamana uyğun olaraq atılıb və ilk növbədə, əhali və biznesin maddi maraqlarını qarşılamağa yönəlib.
“Pul vəsaitlərinin inflyasiya təsiri ilə bağlı səsləndirilən gözləntilərə cavab olaraq qeyd edim ki, cari şərtlərdə bu, aktual deyil, belə ki, hazırda prioritet məsələ ölkə vətəndaşlarının həyat səviyyəsinin qorunmasıdır və atılan addımlar da bu istiqamətdədir. Koronavirusla mübarizəyə yönəldilən vəsaitlər, hesab edirik ki, cari il üçün ÜDM-in 5%-ni təşkil edəcək”, - deyə sədr əlavə edib.
Daha əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov biznes və əhalinin koronavirusdan qorunması üzrə tədbirləri ÜDM-nin 3%-i səviyyəsində qiymətləndirmişdi.
Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 134,5 milyon manat, xərcləri üzrə proqnoz 26 milyard 894,7 milyon manat, kəsiri üzrə proqnoz 2 milyard 760,2 milyon manat və ya ÜDM-nin 3,3%-ni təşkil edir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət