Azərbaycan hökuməti 2019-cu ildə beynəlxalq və kommersiya maliyyə-kredit təşkilatlarından $430 milyon məbləğində kreditin alınmasını nəzərdə tutan 3 kredit sazişi imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycan ümumilikdə $2 milyard 2,34 milyon məbləğində 6 kredit sazişi imzalayıb.
“2019-cu ildə dövlət sektorunda idarəetmənin effektivliyinin artırılması, eləcə də dəmir yollarının inkişafı ilə bağlı layihələrin maliyyələşdirilməsi üçün $430 milyon məbləğində 3 saziş imzalanıb”, - deyə məlumatda bildirilir.
Ötən il Azərbaycan müxtəlif layihə və proqramların həyata keçirilməsi üçün $37,2 milyon məbləğində qrant və texniki yardım alıb. 2018-ci ilin yekunları üzrə bu məbləğ $16,758 milyon təşkil edib.
1 yanvar 2020-ci il tarixinə Azərbaycan $12 milyard 914,8 milyon məbləğində kredit sazişləri (hökumət tərəfindən cəlb edilmiş və dövlət büdcəsindən xidmət göstərilən) imzalayıb. Cari ilin əvvəlinə bu vəsaitin $11 milyard 410,1 milyonu (2019-cu ildə $827,1 milyonu) istifadə edilib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət