Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq intensiv şəkildə inkişaf edir ki, bu da Ermənistan üzərində üstünlüyümüzü artırır. Ehtiyatda olan polkovnik-leytenant Rövşən Həşimov belə hesab edir.
Onun sözlərinə görə, Rusiyadan yeni qırıcıların alınması bunun bariz nümunəsi olacaq.
“Su-35 və MiQ-35 təyyarələrinin Azərbaycan Hərbi-Hava Qüvvələrinin silahlanmasına qəbul edilməsi hava məkanında ölkənin üstünlüyünü daha da artıracaq. Azərbaycan Hərbi Hava Qüvvələri nümayəndələrinin Rusiyanın döyüş təyyarələri istehsal edən hərbi-sənaye müəssisələrinə səfəri iki ölkə arasında hərbi-texniki əməkdaşlığın yüksək səviyyədə olmasının bariz nümunəsidir. HHQ-də aparılan genişmiqyaslı islahatlar Azərbaycan hərbi aviasiyasının hava məkanında, xüsusilə hava əməliyyatlarının keçirilməsi zamanı döyüş imkanları baxımından Ermənistandan üstün olmağa şərait yaradıb”, - deyə R.Həşimov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O qeyd edib ki, bu çoxfunksiyalı və yüksək manevrli döyüş təyyarələrinin özəlliyi onların 4++ nəslinə aid olmasıdır. Bu nəsil təyyarələrə qədər istehsal olunan digər döyüş qırıcıları yalnız modernizə olunaraq onların müəyyən imkanları artırılırdı. Bu təyyarələrin üstün xüsusiyyətlərindən biri də onların maksimal uçuş uzaqlığıdır. Bu göstərici Su-35-də 4,5 min km, MiQ-35-də isə 3,5 min km-dir.
Ehtiyatda olan polkovnik-leytenant əmindir ki, Su-35 və MiQ-35 təyyarələrinin alınması yaxın zamanda ölkəmizin HHQ-nin daha da gücləndirilməsinə imkan verəcək.
“Hər iki təyyarədə hədəfləri aşkar etmək üçün yeni tip radiolokasiya stansiyaları quraşdırılıb. Açıq arxitekturası olan hər iki təyyarə lokal müharibənin aparılmasında mühüm rol oynayan radioelektron mübarizə vasitələrindən ibarət rəqəmsal müdafiə kompleksləri ilə təchiz edilib. Bu, həmin təyyarələrə bütün növ müasir aviasiya silahlarından istifadə etmək imkanı verir”, - deyə o vurğulayıb.
Ekspert qeyd edib ki, ən yeni texnologiyaların tətbiqi ilə istehsal edilən Su-35 təyyarəsi “hava-hava” sinfinə aid yeni R-37M səsdən sürətli raketlərdən istifadə edir və məhz buna görə də 300 kilometr uzaqlıqda olan hava hədəflərini məhv etmək imkanına malikdir.
Düşmənin hava hücumundan müdafiə vasitələrinin əhatə etdiyi zonadan kənarda qalmaqla yüksək dəqiqlikli silahlarla yerüstü və suüstü hədəflərə effektiv zərbələr endirməyə malik olan Su-35 təyyarəsi 12, MiQ-35 təyyarəsi isə 9 ədəd müxtəlif tipli aviasiya məhvetmə vasitələri daşımaq üçün asqı nöqtəsinə malikdir.
“Su-35 təyyarələri “hava-hava” tipli R-73, R-77, R-27 raketləri, “hava-yer” tipli X-25, X-29, X-38 raketləri, gəmiyə qarşı X-31, X-35, X-59 raketləri və KAB-500KR, KAB-1500KR, MiQ-35 təyyarələri isə “hava-hava” tipli R-73, R-77, R-27 raketləri, “hava-yer” tipli X-25, X-29, X-38 raketləri, gəmiyə qarşı X-31 raketləri və KAB-500L, KAB-500KR bombaları ilə silahlana bilirlər. Su-35 və MiQ-35 qırıcılarının fərqləndirici xüsusiyyətlərindən biri də uzaq məsafədə eyni vaxtda bir neçə hava hədəfinin aşkar edilməsi, izlənməsi və məhv edilməsidir”, - deyə R.Həşimov əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan HHQ-nin bu növ qırıcı təyyarələrlə gücləndirilməsi döyüş əməliyyatları zamanı onlara Ordumuzun qoşun növləri və qisimlərini havadan dəstəkləməklə yanaşı, düşmənin hərbi və strateji əhəmiyyətli obyektlərini məhv etmək imkanı verəcək.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət