"Fitch Ratings" beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yerli və xarici valyutada emitentinin uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Reytinq üzrə proqnoz "stabil"dən "mənfi"yə endirilib.
Məlumata görə, proqnoza yenidən baxılması Azərbaycanın suveren reytinqləri ilə bağlı analoji addımla əlaqədardır və neftin ucuzlaşması və koronavirus pandemiyasının ölkə iqtisadiyyatına gözlənilən mənfi təsiri ilə şərtlənib.
“Reytinqin təsdiq edilməsi və proqnozun dəyişdirilməsi İKZF-nin Azərbaycan hökuməti ilə möhkəm əlaqəsinə “Fitch”in dəyişməz baxışını əks etdirir və bu, fondun reytinqlərinin suveren reytinqlərlə bərabərləşdirilməsini tələb edir. Suveren reytinqlə bağlı istənilən mənfi addım və ya dövlətlə əlaqənin zəifləməsi İKZF-nin reytinqinin endirilməsinə səbəb ola bilər. Eyni zamanda, suveren reytinq üzrə proqnoza yenidən baxılması fondla da bağlı analoji addımın atılmasına gətirib çıxaracaq", - deyə məlumatda qeyd edilir.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun nizamnamə kapitalı 566 milyon manatdır.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət