2020-ci ilin I rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 348,9 kq qızıl alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fondun mətbuat xidmətinin rəhbəri Cəmalə Əliyeva məlumat verib.
“2020-ci ilin yanvar-mart aylarında ARDNF 348,9 kq qızıl alıb. Fond bu məqsədlərə $17,4 milyon yönəldib”, - deyə o bildirib.
C.Əliyeva, həmçinin qeyd edib ki, 2020-ci ilin mart ayının sonuna ARDNF-in investisiya portfelinin strukturunda qızılın payı $5 milyard 273,7 milyon təşkil edir.
Fondun saytında dərc olunmuş məlumata görə, cari ilin I rübünün sonuna ARDNF-in investisiya portfelinin 12,8%-i qızıl investisiyalarının (2019-cu ilin sonuna 11,4%) payına düşüb ki, bu da 101,6 tona (2019-cu ilin sonuna 101,2 ton) bərabərdir.
ARDNF 2012-ci ilin əvvəlindən qızıl alışına başlayıb. 2012-2013-cü illərdə fond tərəfindən 30 174,89 kq (970 145,51 unsiya) qızıl alınıb. 2014-2017-ci illərdə isə qızıl alınmayıb. 2018-ci ildə ARDNF qızılın alışını bərpa edib və ötən il ərzində 20 min 778 kq (668,041 min troya unsiyası) qızıl alıb. 2019-cu ildə fond tərəfindən 50,2 tondan çox qızıl alınıb.
2020-ci il üçün ARDNF-in vəsaitlərindən istifadə proqramına uyğun olaraq gələn il fondun investisiya siyasətinin əsas məqsədi kapital itkiləri riskinin aşağı səviyyədə olması şəraitində maksimum gəlir əldə edilməsidir.
Şərtlərə əsasən, 2020-ci il ərzində fondun borc öhdəlikləri və pul bazarları alətləri portfeli investisiya portfelinin məcmu dəyərinin maksimum 55%-ni; səhm (pay) portfeli investisiya portfelinin məcmu dəyərinin maksimum 25%-ni; daşınmaz əmlak portfeli investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədərini; qızıl portfeli investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədərini təşkil etməlidir.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət