Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzərdə tutulmuş xüsusi karantin rejimi şəraitində bank VTB (Azərbaycan) əhalinin sosial cəhətdən həssas qrupuna yardım edib.
Biz anlayırıq ki, risk zonasında olan yaşlı nəslə daha çox diqqət tələb olunur. Bu səbəbdən VTB (Azərbaycan) 30 nəfər Böyük Vətən Müharibəsi və əmək veteranına, eləcə də Leninqrad mühasirəsi iştirakçılarına tələb olunan qida məhsullarını çatdırıb. Bununla yanaşı, bank 60-dək aztəminatlı ailəni qida məhsulları və şəxsi gigiyena vasitələri ilə təmin edib.
Ərzaq yardımı Müqəddəs Arxangel Mixail kilsəsi və Azərbaycandakı Rus icmasının vasitəçiliyi ilə həyata keçirilib.
VTB (Azərbaycan) sosial məsuliyyətini dərk edərək, daim həssas əhali qrupuna, o cümlədən veteranlara və aztəminatlı ailələrə dəstək göstərir. Bu sosial fəaliyyət bank kollektivinin vətəndaş həmrəyliyinin ifadəsidir və VTB (Azərbaycan) bu istiqamətdə gördüyü işləri bundan sonra da davam etdirmək niyyətindədir.
Sosial təcrid şəraitində hazırda evlərini tərk etmək imkanı olmayan yaşlı nəslin nümayəndələrinə qayğı göstərmək hər birimizin borcudur. Onların bizim dəstək və qayğımıza ehtiyacı var. Sosial-məsuliyyətli təşkilat olaraq biz yardıma ehtiyacı olan insanlara dəstək olmağa davam edəcəyik. Hazırda baş verən hadisələrə laqeyd qalmamaq vacibdir - məhz, bu şəkildə biz bütün çətinliklərin öhdəsindən gələ bilərik.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət