İqtisadiyyat Nazirliyi 1 yanvar 2021-ci il tarixədək fərdi sahibkarlara sosial sığorta ayırmağaları üzrə güzəştlər təqdim etməyi planlaşdırır.
Nazirliyin dərc etdiyi layihəyə əsasən, məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25%-i, digər sahələrdə 15%-i miqdarında olmaqla hesablanacaq. Həmçinin, regionlar üzrə diferensial faiz əmsalları tətbiq ediləcək.
Hazırda sosial sığorta ayırmaları üzrə dərəcələr müvafiq olaraq 50% və 25% təşkil edir.
Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 125 manat sosial sığorta haqqı ödəyirlər. Dəyişikliklər qüvvəyə minəndən sonra onlar 62,5 manat sosial sığorta ayırması həyata keçirəcək, bu da 50% azdır.
Həmçinin, Bakı şəhərində digər fəaliyyətlə (tikinti və ticarətdən başqa) məşğul olan şəxslər hazırda 62,5 manat sosial sığorta haqqı ödəyirlər. Yeni şərtlərə əsasən, onlar 37,5 manat sosial sığorta ayırması həyata keçirəcəklər və ya 40% azalma deməkdir.
Məcburi dövlət sosial sığorta haqqı 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50%-i, digər sahələrdə 25%-i miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsalları tətbiq ediləcək. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıdakı dərəcələrdə hesablanması nəzərdə tutulur: 5 hektaradək olduqda – 2% miqdarında (5 manat); 5 hektardan 10 hektaradək – 6% miqdarında (bir nəfərə 15 manat); 10 hektardan yuxarı – 10% miqdarında (bir nəfərə 25 manat). Hazırda bu kateqoriya əhali üçün sosial sığorta haqqı hər bir əmək qabiliyyətli ailə üzvünə görə minimum əməkhaqqının 6%-ni təşkil edir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət