Aprelin 22-də Bakıda Caspian European Club tərəfindən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin birinci müavini Natıq Həsənovun iştirakı ilə keçirilmiş ilk onlayn B2G forum çərçivəsində COVİD 19 koronavirus pandemiyası dövründə sahibkarların üzləşdikləri problemlər müzakirə olunub.
Natiq Həsənov pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə, o cümlədən kiçik və orta sahibkarlara göstərilən maliyyə dəstəyi, eləcə də nəzərdə tutulan yeni dəstək mexanizmləri barədə məlumat verib, sahibkarların suallarını cavablandırıb.
Onlayn B2G forumunda çıxış edən Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi tapşırıqları əsasında COVİD19 koronavirus pandemiyası dövründə sahibkarlara maksimum dərəcədə dəstək verən Hökumətin iqtisadi blokunun nümayəndələrinin fəal mövqeyini vurğulayıb.
Qeyd edək ki, Caspian European Club-un hər ay Azərbaycan, Gürcüstan və Qazaxıstanda təşkil etdiyi B2G forumları dövlət və özəl sektor arasında dialoq üçün aparıcı vasitə olmaqla yanaşı, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu şirkətlərinin top-menecerləri və nümayəndələri ilə beynəlxalq biznes-netvorkinq üçün əlavə imkanlar yaradır. Aprelin 22-dən B2G forumları hər həftə onlayn rejimdə keçiriləcək.
İki saat yarım davam edən birinci onlayn B2Gforumun işində dövlət və özəl şirkətlərin top-menecerləri, bir sıra beynəlxalq təşkilatların və aparıcı kütləvi informasiya vasitələrinin rəhbər və nümayəndələri iştirak ediblər.
Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət