Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sahənin maliyyələşdirilməsinin stimullaşdırılması ilə əlaqədar imzaladığı Fərman fermerlərin kredit almaq imkanlarını genişləndirdi və asanlaşdırdı.
Belə ki, ölkəmizdə sahibkarlığın inkişafına böyük dəstək verən Bank Respublika ilə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) arasında olan əməkdaşlıq çərçivəsində, respublikamızda fermer və sahibkarlar üçün verilən kreditlər daha sürətli və daha asan şərtlərlə təqdim ediləcəkdir.
Artıq fermerlər “Bank Respublika”dan maksimal müddəti 3 il olan 15 min manatadək mikro kreditləri çox qısa bir müddətdə əldə edə biləcəklər. Qeyd edək ki, daha aşağı faizlərlə təqdim olunan kreditlərin maksimal dərəcəsi 12%, güzəşt müddəti isə 12 ayadək təşkil edir.
Kreditin istifadə istiqamətləri aşağıdakılardır:
· Bağçılıq
· Əkinçilik
· Heyvandarlıq
· Quşçuluq
· Digər ailə-kəndli fermer təsərrüfatları
Təqdim olunacaq kreditlər kənd təsərrüfatı sahəsində çalışan sahibkarların stimullaşdırılmasına və yeni fermer təsərrüfatlarının yaradılması üçün nəzərdə tutulub.
Yeni şərtlər fermerlərin maliyyəyə çıxış imkanlarını əhəmiyyətli dərəcədə artıraraq, onların fəaliyyətini daha da genişləndirməyə imkanı verəcək, bu da pandemiya dövründə ölkə üçün əhəmiyyəti xüsusilə artan qida və ərzaq təhlükəsizliyinin təmin edilməsinə də öz töhfəsini verəcək.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət