Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2020-ci ilin birinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank cari ilin birinci rübündə dinamik inkişaf etməyə davam edib və ötən ilin birinci rübü ilə müqayisədə bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib.
Belə ki, 31 mart 2020-ci il tarixinə Bankın məcmu kapitalı 51%, depozit portfeli 27%, kredit portfeli isə 32% artmışdır. Qeyd etmək lazımdır ki, verilmiş kreditlərin 75% -i Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilmişdir. Ötən ilin birinci rübü ilə müqayisədə qeyri-işlək kreditlərin (NPL) bankın ümumi kredit portfelindəki payı da azalaraq 1,27% təşkil etmişdir.
2019-cu ilin birinci rübü ilə müqayisədə bankın xalis mənfəəti 4 dəfə artaraq 2,9 milyon manat, xalis faiz gəlirləri isə 63% artaraq 13.2 milyon manat təşkil etmişdir. Hesabata əsasən, bankın aktivləri 1,3 milyard manatdan çox olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.
“İlk rübdə həm korporativ, həm də pərakəndə satış istiqamətində əldə etdiyimiz yüksək nəticələr son illərdə qəbul etdiyimiz qərarların doğruluğunu təsdiq edir. Bank bu yüksək nəticələri müştərilərin etimadı, komandamızın yüksək peşəkarlığı, məhsul və xidmətlərin daim təkmilləşdirilməsi, yeni rəqəmsal həllərin yaradılması və inkişafı sayəsində əldə edə bilmişdir. Bu il bank sektoru çox ciddi çağırışlarla üzləşib, lakin mən əminəm ki, dövlətin vaxtında gördüyü effektiv tədbirlər banklara dayanaqlılığı möhkəmləndirməyə və müştərilərinə hər cür dəstək verməyə imkan yaradacaqdır”.deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
22 may 1992-ci ildə yaradılmış Bank Respublika, fərdi və hüquqi şəxslərə geniş xidmətlər təqdim edən Azərbaycanın universal özəl bankıdır. Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət