Azərbaycanda əmanətlərin tam sığortalanması müddətinin 4 dekabr 2020-ci il tarixinədək uzadılması 8,3 milyon əmanətçinin maraqlarının qorunmasına imkan verəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
"Dövlət başçısının fərmanı (Əmanətlərin tam sığortalanması müddətinin uzadılması – İF) əhalinin 7,3 milyard manat dəyərində əmanətlərini əhatə edir və 8,3 milyon nəfərin maraqlarının müdafiəsinə imkan verəcək”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, prezident İlham Əliyev əmanətlərin tam sığortalanması müddətinin uzadılmasını təsdiq edib. Dəyişikliklərə əsasən, Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 9 ay - 4 dekabr 2020-ci il tarixinədək uzadılıb.
Azərbaycanda əmanətlərin tam sığortalanması sistemi 2016-cı il martın 1-də 3 il müddətinə tətbiq edilmişdi. 2019-cu ildə bu sistemin qüvvədə olma müddəti daha 1 il – 2020-ci il martın 4-dək uzadılıb.
2016-cı il martın 4-dən sığorta sistemi əhalinin əmanətlərinin bütün həcminə (əvvəllər məbləği 30 min manata qədər olan əmanətlər sığortalanmış hesab olunurdu) şamil edilir. Yeganə şərt bundan ibarətdir ki, əmanət üzrə faiz Əmanətlərin Sığortalanması Fondunun (ADIF) müəyyən etdiyi limiti keçməməlidir. Buna müvafiq olaraq əhalinin milli valyutada illik faiz dərəcəsi 10%-dən, xarici valyutada isə 2,5%-dən çox olan əmanətləri sığortalanmır.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət