Alman-AzərbaycanXariciTicarət Palatasına(AHKAzərbaycan)üzv olan şirkətlər COVİD-19 koronavirus pandemiyasının Azərbaycanda biznesə təsirini azaltmaq məqsədilə vergi tətillərinin tətbiqini zəruri hesab edir. Bu barədə “İnterfaks-Azərbaycan”a AHK-dan məlumat verilir.
Palata tərəfindən istehsal, tikinti, audit, maliyyə xidmətləri və pərakəndə ticarət sahələrini təmsil edən 60 şirkət arasında sorğu keçirilib.
“Respondentlərin 38%-nin işçilərinin sayı 9 nəfərdən çox deyil, 25%-nin – 10-49 nəfərdir, 18%-nin – 50-249 nəfərdir, 18%-nin – 250 nəfərdən çoxdur. Sorğuya əsasən, respondentlərin 38%-i koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan hökumətinin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin biznesə güclü təsirini, 30%-i – orta təsirini qeyd ediblər. Respondentlərin 15%-i hesab edirlər ki, nəticə çıxarmaq hələ tezdir, 8%-i qiymətləndirmək üçün hökumət tərəfindən stimullaşdırıcı tədbirlər gözləyirlər, daha 8%-i təsirin az olduğunu və ya olmadığını qeyd edirlər”, - sorğuda vurğulanır.
Şirktətlərin üzləşdiyi problemlər arasında tələbatın azalması kəskin durur, respondentlərin 72%-i bu problemlə qarşılaşıb. O cümlədən, əsas problemlər arasında işgüzar və investisiya qərarları qəbul etməyə imkan verməyən qeyri-müəyyənlik və pul vəsaitlərinin hərəkətindəki problemləri qeyd ediblər.
“Vəziyyətlə əlaqədar sorğuda iştirak edən şirkətlərin üçdə bir hissəsi 2020-ci il üçün hədəf göstəriciləri azaltmaq niyyətindədir, daha üçdə bir hissəsi hesab edirlər ki, qərarlar qəbul etmək üçün tezdir. Sevindirici haldır ki, yalnız 4 şirkət əməkdaş ştatını ixtisar etməyi planlaşdırır. Bundan başqa, 22 şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib”, - sorğuda bildirilir.
Biznesin dəstəklənməsi üzrə mümkün tədbirlər sırasında respondentlərin 70%-i vergi tətillərini qeyd ediblər. Həmçinin, şirkətlər əməliyyat xərclərinin azalması və kiçik və orta biznesə müxtəlif subsidiyaların təqdim edilməsi məqsədilə maliyyə dəstəyinin zəruriliyini qeyd edirlər.
Alman-Azərbaycan Xarici Ticarət Palatası Azərbaycanda Almaniya iqtisadiyyatının rəsmi nümayəndəliyidir. Palata 2012-ci ildən etibarən şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. Palataya140-dan artıq üzv şirkət daxildir.
Azərbaycanda COVİD-19-a görə mayın 4-dək xüsusi karantin rejimi qüvvədədir. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət