Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $57,9 milyon satıb.
Aprelin 23-də keçirilmiş hərracda banklara $59,1 milyon məbləğində xarici valyuta satılıb.
“Hərracda tələb $57,9 milyon təşkil edib və tam təmin edilib. Hərracın yekunları üzrə manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb və çərşənbə axşamı səhərə olan məzənnə ilə müqayisədə dəyişməyib”, - AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilir.
Mart ayında neftin kəskin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələb artsa da, martın 29-dan etibarən tədricən azalmağa başlayıb.
Xəbər verildiyi kimi, Dövlət Neft Fondunun məlumatına görə, 2020-ci ilin yanvar-mart aylarında keçirilmiş valyuta hərraclarında fond tərəfindən $2 milyard 771,9 milyon (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 78,6% - İF), mart ayında $1 milyard 928,3 milyon məbləğində xarici valyuta satılıb.
ARDNF-dən bildirilib ki, fond bu il valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilir.**
Ə.Məmmədov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət