Azərbaycan Mərkəzi Bankı aprelin 28-dən lisenziyaları ləğv edilən “Atabank” ASC və “Amrah Bank” ASC-nin əmanətçilərinə vəsaitlərin qaytarılması prosesini maksimun qısa müddətdə təmin etməyə çalışacaq. Bunu AMB-nin sədri Elman Rüstəmov deyib.
“Bu iki bankın əmanətçilərinə vəsaitlərini maksumum tez qaytarmağa çalışacağıq. Əmanətlərin Sığortalanması Fondu bu prosesin həyata keçirilməsi üçün kifayət qədər ehtiyata malikdir”, - Rüstəmov AzTV telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın maliyyə sistemi davamlıdır. “Bəli, problemli banklar var. Onlardan 4-də müvəqqəti inzibatçı təyin edilib. Bu gün həmin banklardan ikisinin lisenziyasını ləğv etdik. Bazarda problemli bankların xüsusi çəkisi böyük deyil və 3-4% təşkil edir. Bu yeni problem deyil, bizim bu barədə məlumatımız var idi”, - o qeyd edib.
Xəbər verildiyi kimi, bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlayıb. Misal üçün, Atabank” uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmir. Mərkəzi Bank tərəfindən hər iki bankda aparılan yoxlamalar nəticəsində məlum olub ki, onlar ciddi maliyyə itkilərinə yol verib, öz kapitallarını tam itirib və müflis vəziyyətinə düşüb.
Bankların səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılıb və onlara bankları əlavə kapitallaşdırmaq təklif olunub. “Lakin onlar bu imkandan istifadə etməyiblər”, - AMB qeyd edir.
Beləliklə, Azərbaycanda lisenziyası olan bankların sayı 28-dək azaldı.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və ölkənin 15 aparıcı bankından biridir. Daha əvvəl AMB-nin sədri Elman Rüstəmov bildirmişdi ki, “AtaBank”da likvidlik və maliyyə dayanıqlılığı ilə bağlı ciddi problemlər aşkarlanıb.
“Amrahbank” ASC 1993-cü ildə yaradılıb. Bankın səhmdarları 4 fiziki və 1 hüquqi şəxsdir (Beynəlxalq İnvestisiya Bankı). ASC-nin səhm nəzarət paketi (53,17%) fiziki şəxs Yunis İldırımzadəyə məxsusdur. Son illərdə bankın kapitalla bağlı ciddi problemləri yaranıb. 2019-cu ilin yekunları üzrə “Amrahbank”ın kapitalı 8 milyon 882,25 min manat (məcmu kapitalın məbləği minimum 50 milyon manat olmalıdır) təşkil edir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət