"Yelo Bank” (daha əvvəl "Nikoyl" İKB) 2021-ci ildə mənfəətliliyə qayıtmağı planlaşdırır. Bu sözləri bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia deyib.
"Biz cari ili mənfəətlə başa vurmağı planlaşdırırdıq, lakin koronavirus epidemiyası öz düzəlişlərini etdi. Bankın birinci rübü zərərlə başa vurması (6,2 milyon manat) faktı heç kimi qorxutmamalıdır, çünki çox zaman ilin əvvəlində aşağı fəallıq ilin sonunda mənfəətlə əvəz olunur. Hazırkı vəziyyət öz düzəlişlərini edir, buna görə də cari ilin sonunda olmasa da, gələn il mənfəətə qayıda biləcəyimizi düşünürük", - deyə Şurqaia bu gün keçirilən brifinqdə bildirib.
Sədr vurğulayıb ki, bankın gəlirlilik və zərərlilik məsələsinə kompleks şəkildə baxılmalıdır, çünki bir sıra amillər nəzərə alınmalıdır.
"Bank 2016-cı ilə qədər çox böyük itkilərə malik olub və fikrimcə, onlar hesabatlarda düzgün göstərilmirdi. Biz bunu aşkar etdik və buna görə də 2016-cı ildə böyük itkiləri etiraf etməli olduq. Bu, üç il davam etdi. Eyni zamanda, biz öz portfelimizi təmizləyirdik. Digər tərəfdən, bu gün mənfəət uğurumuzun əsas meyarı deyil. Bizim uzunmüddətli planlarımız var və sanballı bank olmaq istəyirik. Bunun üçün isə səbir və vaxt lazımdır", - deyə Şurqaia bildirib.
İdarə Heyətinin sədri qeyd edib ki, üçillik plan böyük artımı, informasiya texnologiyalarına investisiyaları, PT, bankomat və POS-terminalların sayının artırılmasını nəzərdə tutur.
"Biz gələcəkdə əsasən biznes-kreditləşməyə istiqamətlənmək niyyətindəyik və bütövlükdə, sanballı bank korporasiyası olmaq istəyirik. Biz 5 il ərzində çox yaxşı korporasiyaya çevrilə bilərik", - deyə o vurğulayıb.
O qeyd edib ki, bank kapitalını 91 milyon manatadək (31 mart 2020-ci il tarixinə 61,6 milyon manat) artırmağı planlaşdırır. "Bankın səhmdarları artıq yığıncaqda qərar qəbul ediblər. Bankın kapitalı 30 milyon manat (31 mart 2020-ci il tarixinə 348 milyon manat) artırılacaq və bu, yaxın aylarda baş verəcək", - deyə Şurqaia bildirib.
Onun sözlərinə görə, kapitalın artırılması prosesi üç mərhələdə həyata keçiriləcək. "Hazırda bank kapitalın artırılmasına kəskin ehtiyac duymur. Buna görə kapitalın üç tranşla artırılması qərara alınıb. Bizim əsas məqsədimiz kapital gəlirliliyini 20%-ə qədər artırmaqdır", - deyə İdarə Heyətinin sədri vurğulayıb.
O əlavə edib ki, 2019-cu ilin yekunları üzrə kapital gəlirliliyi təxminən 5% təşkil edib.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” şirkətidir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət