“PAŞA Həyat Sığorta” şirkəti 2020-ci ilin birinci rübündə sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Hesabat dövründə “PAŞA Sığorta” 75,93 milyon manat və ya 2020-ci ilin yanvar-mart aylarında bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 31,54%-i həcmində sığorta haqqı toplayıb.
Bu dövrdə qeyri-həyat sığortası seqmentində sığorta haqlarının yığım həcminə görə beşliyə “Azərsığorta” (35,748 milyon manat), “Qala Sığorta” (10,375 milyon manat), “İpək Yolu Sığorta” (8,113 milyon manat) və “Atəşgah Sığorta” (7,804 milyon manat) daxil olub.
Birinci rübdə həyat sığortası seqmentində sığorta haqlarının həcminə görə “PAŞA Həyat Sığorta” şirkəti liderdir (53,766 milyon manat).
İkinci yerdə "Atəşgah Həyat" (11,001 milyon manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (2,393 milyon manat) qərarlaşıb. Hesabat dövründə “Xalq Həyat Sığorta” 475 min manat sığorta haqqı toplayıb. Ümumilikdə, 205,966 milyon manat və ya ötən dövr ərzində bütün sığortaçıların haqqlarının 85,6%-i bu 9 şirkətin payına düşüb.
Birinci rübdə sığorta şirkətləri arasında ən çox ödəniş “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 29,891 milyon manat və ya sığortaçıların bütün ödənişlərinin 38,79%-ni təşkil edib.
“PAŞA Həyat Sığorta” şirkəti həyat sığortası seqmentində ödənişlərin həcminə görə də lider olub. Bu seqmentdə ödənişlərin həcminə görə ikinci yerdə "Atəşgah Həyat" (4,726 milyon manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (1,45 milyon manat) qərarlaşıb. Bu dövrdə “Xalq Həyat Sığorta” şirkəti sığorta ödənişləri həyata keçirməyib.
Öz növbəsində, “PAŞA Sığorta” şirkəti qeyri-həyat sığortası seqmentində ödənişlər üzrə lider olub (15,282 milyon manat). Hesabat dövründə bu seqmentdə həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə “Xalq Sığorta” (4,537 milyon manat), “Atəşgah” (4,546 milyon manat), "Azərsığorta" (4,003 milyon manat) və “AtaSığorta” (2,762 milyon manat) daxil olub.
Hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 86,7%-i və ya 66,825 milyon manat bu 8 şirkətin payına düşüb.
Beləliklə, 2020-ci ilin birinci rübündə “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” bazar üzrə bütün sığorta haqlarının 53,9%-ni toplayıblar. Ödənişlərdə şirkətlərin xüsusi çəkisi 58,6% təşkil edib.
2020-ci il martın sonuna Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət