Hesablama Palatası Sahibkarlığın İnkişafı Fonduna uzunmüddətli inkişaf Planı hazırlamağı tövsiyyə edir.
Fondun 2018-ci il ərzində fəaliyyətinin auditi və aşkar edilən nöqsanların təhlili əsasında Palata bu rəyə gəlib. Xüsusilə, Palata borcalanlar tərəfindən vəsaitlərin müəyyən dərəcədə məqsədyönlü istifadə olunmaması, kreditləşdirmək üçün layihələrin müəyyənləşdirilməsində problemlər və s. nöqsanlar aşkar edib.
Bundan başqa, Palata Fonda kreditləşdirmək üçün layihələri daha diqqətli təhlil etməyi, onların ölkə iqtisadiyyatına təsirini qiymətləndirməyi, borcalanlar tərəfindən kreditlərin ödənilməsi ilə bağlı problemləri həll etməyi tövsiyyə edir.
Palatanın auditinə əsasən, 2018-ci ildə SİF-in agent-bankları tərəfindən ümumi dəyəri 617,8 milyon manat 999 layihənin maliyyələşdirilməsinə 160,2 milyon manat məbləğində kreditlər ayrılıb.
Ümumilikdə, 2002-2018-ci illərdə Fond tərəfindən 35,643 min investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə 2,25 milyard manat məbləğində güzəştli kreditlər ayrılıb. Həmçinin, 1 mlrd. manatı büdcə, 1,25 mlrd. manatı – Fondun geri qaytarılan vəsaitləridir. Ayrılan vəsaitlər hesabına 165 minə yaxın yeni iş yeri yaradılıb.
Audit göstərib ki, 2002-2018-ci illərdə 1,453 min sahibkar əldə olunan kreditləri təyinatı üzrə istifadə etməyib (borcalanların 4,1%-i). Buna əsasən, ayrılan 100 milyon 522,9 min manatdan 74 milyon 661,2 min manat məbləğində vəsaitin Fonda qaytarılmasına dair qərar qəbul edilib. Lakin 1 avqust 2019-cu ilə bu vəsaitin bir hissəsi (24 milyon 140,5 min manat) Fondun müvəkkil kredit təşkilatlarının hesablarına qaytarılmayıb.
Eyni zamanda, 2018-ci ildə aparılan monitorinq göstərdi ki, 161 sahibkar tərəfindən 22 milyon 440,7 min manat məbləğində kredit vəsaitinin məqsədyönlü istifadəsi təmin edilməyib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 milyon manatadək və 10 il müddətinə 1 milyon manatdan 10 milyon manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət