Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli vurğulayıb ki, COVİD-19 koronavirus pandemiyası başa çatandan sonra da ekspes xəttlər üzrə avtobuslar fəaliyyət göstərəcək.
“Postpandemiya dövründə ekspes xəttlər üzrə avtobusların fəaliyyəti davam edəcək. Onlar əsasən pik vaxtlarında, xüsusilə səhər insanlar işə gedərkən fəaliyyət göstərəcəklər. Dünya praktikasında bu var. Lökbatan qəsəbəsindən insanlarln Bakının mərkəzi istiqamətində hərəkətinə böyük ehtiyac var. Bununla əlaqədar, səhər oradan ekspres xəttlərdən istifadə olunacaq”, - Kərimli bazar ertəsi brifinqdə bildirib.
O, həmçinin əlavə edib ki, xüsusi ekspres taksilər fəaliyyət göstərəcək. “Hazırda xüsusi ekspres taksilərin tətbiqi müzakirə olunur. Misal üçün, “Həzi Aslanov- Koroğlu”, “Koroğlu-20 Yanvar” metro stansiyaları marşrutları üzrə hərəkət həyata keçiriləcək”, - Kərimli qeyd edib.
Onun sözlərinə görə, karantin rejimi bitdikdən sonra avtobuslarda kart aparatlarının quraşdırılması layihəsi çərçivəsində işlər davam etdiriləcək. “Kartların balansının onlayn qaydada artırmaq xidməti, o cümlədən mobil telefon vasitəsilə ödəniş sistemi tətbiq olunacaq. Bu, cari il üçün yol xəritəsinə daxil edilib”, - Kərimli vurğulayıb.
O bildirib ki, Bakıda metronun fəaliyyətinin bərpası hələlik müəyyən edilməyib və bu barədə qərar Operativ Qərargah tərəfindən qəbul olunacaq.
Eyni zamanda, o əlavə edib ki, karantin dövrü ərzində Bakıda avtobuslarla 21,652 milyon nəfər daşınıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət