“PAŞA Bank” 2020-ci ildə kiçik və orta sahibkarlıq sektorunun onlayn kreditləşdirilməsini genişləndirmək niyyətindədir. Bu barədə bankın İdarə Heyətinin sədri Taleh Kazımov məlumat verib.
"Biz bankın yeni biznes strategiyasını işləyib hazırlamaqla korporativ bankçılıq mövqeyimizi müdafiə etməyi planlaşdırırıq. Bu çərçivədə biz fəaliyyətimizi böyük bazar payı ilə əlaqədar iqtisadiyyatın artımına yönəltməyi planlaşdırırıq. Xüsusilə müştərilərimizə fərdi yanaşma qaydasını rəhbər tutaraq kiçik və orta sahibkarlıq seqmentində fəaliyyətimizi genişləndirməklə kreditləşməni 3-4 dəfə artırmaq niyyətindəyik", - deyə Kazımov bu gün onlayn mətbuat konfransında bildirib.
Bundan başqa, sədr əlavə edib ki, dəqiq rəqəmlər bu ilin ikinci yarısında, 2021-2023-cü illər üçün nəzərdə tutulmuş yeni strategiya tam hazırlandıqdan sonra açıqlanacaq.
"Biznes strategiyası tamamilə rəqəmsal bankçılığa əsaslanacaq. Hazırda kiçik və orta sahibkarlıq subyektlərinə biznes kreditlərinin onlayn qaydada rəsmiləşdirilməsi istiqamətində test rejimində işlər aparılır. Ümid edirik ki, yaxın aylarda bu məhsulla bazara tam həcmdə çıxa biləcəyik", - deyə o vurğulayıb.
T.Kazımov qeyd edib ki, bu istiqamətdə bank girov qoyulmadan 150 min manata qədər kredit verməyi planlaşdırır.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın ikinci iri bankıdır. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət