Hər zaman tərəfdaş və müştərilərini düşünən “AccessBank”, onların karantindən rahat keçid etmələri üçün vebinarlar təşkil etdi. Biznes yönümlü vebinarlar sahibkarlara pandemiya zamanı və ondan sonrakı keçid dönəmində biznesi düzgün aparmaq, pandemiyadan minimal zərərlə çıxmaq, karantin rejimi ilə əlaqədar olaraq müqavilə öhdəliklərinin icrasında yaranmış problemlərin həlli kimi mövzuları əhatə edib.
"Karantin dövründə sistemləşmə, standartlaşdırma və şəffaflığın önəmi" adlı vebinar fəlsəfə elmləri doktoru, dosent Sakit Səmədov tərəfindən aparılıb. Vebinarda pandemiya dönəmində və ondan sonra biznesin aparılması kimi mövzulara toxunulub.
“AccessBank”ın növbəti vebinarı isə pandemiya dönəmində hüquqi məsələlərin həllinə həsr olunub. Vebinar hüquqşünas Sərxan İbadov tərəfindən aparılıb. Vebinarda fors-major hallar, sığorta hadisəsi, beynəlxalq yükdaşıma və pandemiya zamanı yaranmış hüquqi məsələlərin doğru və zamanında həlli prosesləri kimi mövzular müzakirə olunub.
Mikromaliyyələşdrmə bazarının lideri olaraq, “AccessBank” ölkədə biznesə hərtərəfli dəstək olmaqda davam edir.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət