Asiya İnkişaf Bankı sentyabr ayında 2021-2023-cü illər üçün Azərbaycan üzrə biznes planın təsdiq olunacağına ümid edir. Bunu AİB-nin Bakı ofisinin baş iqtisadçısı Nail Vəliyev deyib.
“2019-cu ildə AİB Azərbaycan üzrə yeni 5 illik strategiyanı təsdiq edib. Yeni strategiyaya 3 strateji prioritet daxildir: özəl sektorun inkişafının gücləndirilməsi, dövlət sektorunun effektivliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının möhkəmlənməsi. Hesab edirik ki,bu strategiya indiyədək aktualdır, çünki Azərbaycanın inkişaf vektorunu görürük”, - Vəliyev ARB 24 telekanalına müsahibəsində bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Vəliyev qeyd edib ki, AİB 2020 ilə Azərbaycan üçün $239 milyon məbləğində kredit vəsaiti ayırmağı nəzərdə tutub. “Hazırda gələcək 3 ilə nəzərdə tutulan biznes plan tərtib edirik. Ümid edirəm ki, həmin plan sentyabrda qəbul olunacaq və bura yeni layihələr daxil ediləcək”, - Vəliyev bildirib.
Həmçinin, o əlavə edib ki, Azərbaycan hökuməti COVİD-19 koronavirus pandemiyasına qarşı mübarizə çərçivsində AİB-dən kredit vəsaiti istəməyib.
2019-cu il iyunun 25-də Asiya İnkişaf Bankının Direktorlar Şurası 2019-2023-cü illər üçün Azərbaycan üzrə yeni strategiyanı təsdiq edib. Asiya İnkişaf Bankı (AİB) 2019-2023-cü illərdə yeni 5 illik strategiya çərçivəsində Azərbaycana $900 mln. ayırmağı planlaşdırır.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $5,1 mlrd. məbləğində kredit ayırıb.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət