Azərbaycan may ayının birinci on günlüyündə OPEC+ çərçivəsində neft hasilatının azaldılması ilə bağlı öhdəliyini 98% icra edib. Bu sözləri energetika naziri Pərviz Şahbazov deyib.
“Azərbaycan xarici və yerli neft istehsalçılarının bu prosesdə bərabər şərtlər çərçivəsində iştirakına nail olaraq, neft sektorunun bütün imkanlarını öhdəliklərinin icrasına yönəldib. May ayının birinci on günlüyündə Azərbaycanın öhdəliyinin icra səviyyəsi 98 faizdir. May-iyun aylarında gündəlik hasilatın 164 min barrel azaldılması üçün bütün zəruri tədbirləri görməklə neft bazarına töhfə vermək əsas hədəflərimizdəndir”, - deyə nazir bildirib.
O qeyd edib ki, aprel ayında əldə edilmiş tarixi razılaşmanın yerinə yetirilməsi də OPEC və qeyri-OPEC ölkələrindən yüksək həssaslıq və qəti addımlar tələb edir. “May ayında neft bazarında müşahidə olunan müsbət meyillərdə şübhəsiz ki, “OPEC plus” ölkələrinin hasilatı azaltması ilə bağlı tədbirlərinin rolu vardır. “OPEC plus” üzvlərinin öhdəliklərinə sadiqlik, Səudiyyə Ərəbistanı, BƏƏ və Kuveytin isə hasilatlarını əlavə həcmlərdə azaltmaqla bağlı mövqeləri neft bazarının tənzimlənməsi üçün həlledici əhəmiyyətə malikdir”, - deyə P.Şahbazov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan qlobal neft bazarında sabitliyin və balansın bərpasının sürətləndirilməsi prosesinə öz zəruri dəstəyini verir. Nazir xatırladıb ki, dünya neft bazarının sabitləşdirilməsi məqsədilə ilk dəfə olaraq böyük həcmlərdə öhdəliklər götürmüş Azərbaycan kvotasına uyğun olaraq mayın 1-dən gündəlik neft hasilatını azaldır.
OPEC və qeyri-OPEC ölkələri 2020-ci il aprelin 12-də keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək kollektiv şəkildə 3 mərhələdə azaldılmasına dair sazişi təsdiq ediblər. Birinci mərhələdə (2020-ci ilin may-iyun ayları) hasilat 9,7 milyon barel azaldılacaq.
Saziş çərçivəsində Azərbaycan neft hasilatının (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr ayının göstəricisindən (718 min barel) azaldılması ilə bağlı öhdəlik götürüb. Bunu nəzərə alaraq cari ilin may-iyun aylarında Azərbaycan hasilatı bu rəqəmin 23%-i səviyyəsində, yəni 164 min barel - 554 min barelədək, 2020-ci ilin iyul-dekabr aylarında 18% və ya 131 min barel - 587 min barelədək, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək 14% və ya 98 min barel - 620 min barelədək azaltmalıdır.
Azərbaycanda neft hasilatının azaldılması prosesinə SOCAR, “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi ilə məşğul olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, həmçinin quruda yerləşən yataqlardan neft hasil edən birgə müəssisələr və əməliyyat şirkətləri cəlb olunub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət