2019-cu ildə Azərbaycanın sığorta sektorunun xalis mənfəəti (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 113,569 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 8,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə maliyyə bazarındakı mənbə məlumat verib.
2019-cu ildə sığorta sektorunun gəlirləri 2018-ci illə müqayisədə 9,9% - 794,351 milyon manatadək artıb, sığorta haqları 5% - 743,299 milyon manatadək, xalis sığorta ehtiyatları isə 78,478 milyon manat azalıb.
İnvestisiya gəlirləri 62,147 milyon manat (artım 12,9%), sığorta haqlarında təkrar sığortaçıların payı 30,947 milyon manat (artım 2,2 dəfə) təşkil edib.
Sığorta sektorunun xərcləri 10,2% - 661,617 milyon manatadək artıb. Sığorta ödənişləri 309,134 milyon manat (artım 23,6%), təkrar sığorta ödənişləri 132,184 milyon manat (azalma 6,2%), işin aparılması xərcləri 188,478 milyon manat (artım 7,1%) təşkil edib.
2019-cu ildə sığorta sektoru 19,166 milyon manat məbləğində mənfəət vergisi ödəyib ki, bu da 2018-ci ilin göstəricisindən 11,5% çoxdur.
2020-ci il yanvarın 1-nə sığorta sektorunda 35 hüquqi şəxs qeydiyyata alınıb, onların 34-ü özəl hüquqi şəxs (8 şirkət xarici kapitala malikdir - İF), 22-üsisığorta, 1-i təkrar sığorta, 12-si broker şirkətidir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət