Asiya İnkişaf Bankı COVİD-19 koronavirusa qarşı Azərbaycanın mübarizəsini dəstəkləməyə davam edəcək. Bunu bankın prezidenti Masatsuqu Asakava deyib.
“AİB pandemiyaya qarşı Azərbaycanın mübarizəsini dəstəkləməyə, koronavirusun zəif təbəqədən olan insanlara təsirinin yüngülləşdirilməsinə yardıma və iqtisadiyyatı müdafiə etməyə sadiqdir”, - Asakava Azərbaycan prezidenti İlham Əliyev ilə videokonfrans zamanlı bildirib.
AİB-nin saytı Asakavanın sözlərindən sitat gətirir.
Öz növbəsində, Əliyev AİB ilə 20 illik tərəfdaşlığa görə minnətdarlığını bildirib və Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi daxil olmaqla, Azərbaycanda strateji layihələrə bankın vaxtında göstərilən dəstəyini yüksək qiymətləndirib.
Tərəflər AİB-nin Azərbaycana mümkün dəstək variantları və pandemiyanın sosial-iqtisadi risklərinin gələcəkdə azaldıılması ilə bağlı əlavə tədbirlər imkanı və ölkə iqtisadiyyatının daha tez davamlı inkişafa qaylıtmasına imkan yaratmaq məqsədilə maliyyə və özəl sektorun stimullaşdırılması məsələlərini müzakirə ediblər.
Məlumatda qeyd olunur ki, AİB hökumətin xarici borc siyasətinə uyğun innovasiya və yüksəktexnoloji layihələrin hazırlanması və maliyyələşdirilməsinə diqqəti yönəltəmək üçün Azərbaycanla tərəfdaşlıq münasibətlərini genişləndirməyə davam edəcək. “O cümlədən, AİB su ehtiyatlarının idarə edilməsi, təcrübə inkişafı, kiçik və orta müəssisələrin maliyyələşdirilməsi, enerji səmərəliliyi və dövlət və özəl sektorlar arasında tərəfdaşlıq münasibətlərinin təşkilində iştirakını aktivləşdirməyə cəhd edəcək, eyni zamanda iqtisadi siyasət islahatları və dəmir yolu sektorunun dəstəyini davam etdirəcək”, - məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti Covid-19 səbəbindən əhali və biznesin dəstəklənməsinə $2 milyardddan çox vəsait yönəltməyi planlaşdırır.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə AİB respublikaya $5,1 mlrd.-dan çox kredit ayırıb.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət