Pul vəsaitlərinin saxlanması və artırılması həyatın bütün mərhələlərində insanları maraqlandırıb. Bu səbəbdən banklarda depozit yerləşdirmək kapitalın artırılmasının populyar və sadə üsullarından biridir, və bunun üçün xüsusi maliyyə bilikləri tələb olunmur. Düzgün bank seçimi etmək və vəsaitin yerləşdirilməsi üçün sərfəli şərtlər tapmaq kifayət edir. Misal üçün bank VTB (Azərbaycan)-da əmanət yerləşdirməyin bir sıra üstünlükləri mövcuddur.
Birincisi, maliyyə təşkilatının etibarlılığı. VTB (Azərbaycan) – beynəlxalq maliyyə qrupu VTB-nin bir hissəsidir və 10 ildən çoxdur ki, ölkənin bank sektorunda uğurla fəaliyyət göstərir. Böyük iş təcrübəsi bankın sabitliyini nümayiş etdirir.
İkincisi, əmanətlərin şərtləri. Bank VTB (Azərbaycan) fiziki şəxslərə üç depozit məhsulu təklif edir: “Sərfəli”, “Universal” və “”Sərbəst”. Vəsaitləri milli, eləcə də xarici valyutada – dollar və rublda yerləşdirmək olar. “Sərfəli” və “Universal” əmanətlərini müştəri üçün rahat olan istənilən müddətə - 90 gündən 730 günədək açmaq mümkündür. “Sərbəst” depoziti 12 ay müddətinə açılır.
Milli valyutada və uzun müddətə yerləşdirilən əmanətlər daha çox gəlir qazandırır. Əlavə pul vəsaitinin qoyulması nəzərdə tutulmayan “Sərfəli” əmanəti 545 gündən etibarən açıldıqda maksimal faiz dərəcəsi 8% təşkil edir. “Universal” əmanəti 365 gündən etibarən yerləşdirildikdə faiz dərəcəsi bir qədər aşağı 6,75% -dir, amma müddətin birinci hissəsində pul vəsaitinin əlavə edilməsinə və faizlərin hər ay ödənməsinə imkan verir. “Sərbəst” əmanətinin özəlliyi isə bütün müddət ərzində depozitə vəsaitin əlavə edilməsidir.
“Sərfəli” və “Universal” əmanətləri üzrə minimal məbləğ 100 manat (və ya xarici valyuta ekvivalenti), “Sərbəst” təklifi üzrə isə 50 manat təşkil edir.
Müştərinin istəyindən asılı olaraq hesablanmış faizlər bank kartına və ya cari hesaba köçürülə bilər. Hesablanmış faizlərin alınması üçün müştəriyə pulsuz ödəniş kartı, eləcə də SMS-xəbərdarlıq xidməti və internet/mobil banka qoşulmaq imkanı verilir. Daha bir üstünlük Direct rəqəmsal bankdan istifadə imkanıdır – müştərilər bank əməliyyatlarını Facebook mesencerində həyata keçirə bilər.
VTB (Azərbaycan)-ın depozit məhsulları barədə əlavə məlumatı bankın saytından və ya 986 qısa nömrəsi vasitəsilə məlumat mərkəzinə zəng edərək əldə etmək mümkündür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət