2020-ci ilin yanvar-may aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 15,5 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-may aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 14% artıb.
Bu dövrdə sənaye məhsulunun 62%-i mədənçıxarma sektorunda, 31,6%-i emal sektorunda, 5,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 3,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 94,6%, ağacın emalı və ağacdan məmulatların istehsalı 57,2%, sair nəqliyyat vasitələrinin istehsalı 37,6%, elektrik avadanlıqlarının istehsalı 26,5%, tütün məmulatlarının istehsalı 26,1%, kimya sənayesi məhsullarının istehsalı 24,6%, kağız və karton istehsalı 15,0%, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,6%, geyim istehsalı 13%, hazır metal məmulatlarının istehsalı 7,4%, içkilərin istehsalı 2,9%, neft məhsullarının istehsalı 2%, poliqrafiya məhsullarının istehsalı 1,8%, qida məhsullarının istehsalı 1,8%, toxuculuq sənayesi məhsullarının istehsalı 1,6% artıb.
Yanvar-may aylarında mebel istehsalı 1,5%, maşın və avadanlıqların istehsalı 8,2%, tikinti materiallarının istehsalı 9,3%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 37,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,2% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 13%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,5% artıb.
2019-cu ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 4,3% artıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət