“Azərpoçt” MMC və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) elektron maliyyə əməliyyatlarını icra etməyə imkan verən elektron pul kisəsi hazırlayacaq. Bu barədə “Azərpoçt”dan məlumat verilib.
Məqsəd ölkədə, xüsusilə ucqar ərazilərdə yaşayan əhali və fəaliyyət göstərən özəl sektorun elektron maliyyə xidmətlərindən istifadəsini genişləndirməkdir. Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq quruma digər maliyyə təşkilatlarının agenti qismində seçilmiş maliyyə xidmətləri göstərməsi və müştəriləri rəqəmsal maliyyə xidmətləri barədə maarifləndirməsi üzrə yardım edəcək”, - deyə məlumatda bildirilir.
Bu fəaliyyət İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıq əsasında icra olunan IFC-nin “Elektron və rəqəmsal maliyyə xidmətləri” layihəsi çərçivəsində həyata keçirilir.
Sözügedən təşəbbüs, xüsusilə kənd yerlərində, bank filiallarından uzaqda yaşayan əhaliyə və kiçik sahibkarlara banka gəlmədən ödənişlər etməyə və əsas bank xidmətlərinə rəqəmsal çıxış əldə etməyə imkan verəcək.
"Bu, Azərbaycan üçün irəliyə doğru əhəmiyyətli addımdır. Çünki ölkə əhalisinin yalnız 29%-ə qədəri maliyyə müəssisələrində hesablara malikdir və bu göstərici Avropa və Mərkəzi Asiya regionu üzrə orta göstəricidən xeyli aşağıdır", - deyə məlumatda qeyd olunur.
"Elektron ödənişlər xüsusilə mövcud koronavirus pandemiyası şəraitində çox vacibdir. Bu təşəbbüs Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək və ölkənin iqtisadi artımının sürətləndirilməsinə dair geniş strategiyamızın bir hissəsidir”, – deyə IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri Yan van Bilsen bildirib.
Korporasiyanın məlumatına görə, elektron pul kisəsi xidmətlərinin inkişafı Azərbaycanın bank sisteminin daha dayanıqlı və investisiyalar üçün açıq olmasına kömək edə bilər.
Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Korporasiya Azərbaycanda 56 uzunmüddətli layihənin maliyyələşdirilməsinə $473 milyon yönəldib. Bundan başqa, İFC bu layihələrin reallaşdırılması üçün digər kredit təşkilatlarından $73 milyon məbləğində vəsaitin cəlb olunmasına yardım edib. Korporasiya, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə $250 milyon, ticarət dövriyyəsinin dəstəklənməsinə isə təxminən $100 milyon ayırıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət