2020-ci ilin aprel ayında OPEC+ çərçivəsində neft hasil edən ölkələrin əldə etdiyi razılıqlar müyyən müsbət nəticə verdi, uzun müddət ərzində bir barrel qiymətin $50 az olması şist neft bazarı üçün problemlər törədir. Azərbaycanın energetika naziriPərviz Şahbazov belə hesab edir.
“Martın əvvəlində neft bazarı müəyyən problemlər, həmçinin neftin qiymətinin kəskin ucuzlaşması iklə üzləşib. Bundan başqa, koronavirus pandemiyası dünya iqtisadiyyatının resessiyası, neftə tələbatın azalmasına gətirib. Bu səbəbdən aprelin 12-də OPEC+ ölkələri arasında əldə olunan razılıqlar vacib idi və biz müsbət nəticəni görürük”, - Şahbazov “Post-COVID-19 dövründə enerji məsələləri” adlı vebinarda bildirib.
Onun sözlərinə görə, bu mürəkkəb dövrdə hər kəs neft bazarında gələcəkdə OPEC+ formatının rolunu anlayıb. “OPEC+ ölkələri hasilatın 9,7 milyon barrel azalmasına dair razılığa gəliblər, əslində isə söhbət 2 dəfə artıq rəqəmdəın gedir (əlavə tədbirlər, OPEC+ formatından kənarda ölkələr tərəfindən hasilatın azalması və digər amillər hesabına - İF). Buna görədüşünürəm ki, bu formatın genişləndirilməsinə, daha çox sayda neft hasil edən ölkələrin bu formata cəlb edilməsinə zərurət var”, -nazir qeyd edib.
Nazir əlavə edib ki, koronavirus pandemiyası və neftin qiymətinin aşağı olması 2020-ci ildə bazar üçün müəyyən problemlər yaradır. Xüsusilə, enerji bazarında $400 milyard həcmində sərmayələrin kəsiri gözlənilir, şirkətlər hasilat və kəşfiyyat xərclərini 25-30% azaldacaqlar, bir sıra ekspretlər neft bazarının itkilərini $1,8 trilyon həcmində qiymətləndirirlər.
“Bu səbəbdən bu sahədə səmayə çatışmazlığı ilə üzləşəcəyimizə dair müəyyən risklər var. Bundan başqa, hazırda şist neftin istehsalı qiymətləri stimullaşdırır. Hesab edilir ki, uzun zaman qbir barrel qiymətin $50-dən aşağı olması şist sənayesi və dünya neft bazarında mühüm dəyişikliklərə gətirə bilər”, - nazir əlavə edib.
OPEC və qeyri-OPEC ölkələri 2020-ci il aprelin 12-də keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək kollektiv şəkildə 3 mərhələdə azaldılmasına dair sazişi təsdiq ediblər. Birinci mərhələdə (2020-ci ilin may-iyun ayları) hasilat 9,7 milyon barel azaldılacaq.
Lakin, iyunun 6-da keçirilən nazirlərin görüşündə OPEC+ ölkələri saziş çərçivəsində neft hasilatının azaldılması üzrə cari kvotaların iyul ayının sonunadək uzadılması barədə qərar qəbul ediblər. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət