Ölkəmizdə biznesin inkişafına böyük dəstək verən Bank Respublika, Avropa Birliyi (AB) tərəfindən EU4Business təşəbbüsü çərçivəsində maliyyələşdirilən, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı”na qoşulub. EBRD-nin Azərbaycanda beynəlxalq layihələrin həyata keçirilməsi məqsədilə əsas tərəfdaş kimi “Bank Respublika”nı seçməsini növbəti dəfə banka olan yüksək etimadın göstəricisi kimi qiymətləndirmək olar.
Sazişə əsasən Bank Respublika, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsini daha da təkmilləşdirərək ən qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdıracaq. Bu məqsədlə nüfuzlu beynəlxalq konsaltinq şirkəti Banka texniki dəstək göstərəcəkdir. Bank Respublika və EBRD arasındakı bu yeni əməkdaşlıq sahəsi, EBRD tərəfindən kiçik və orta biznes subyektlərinin kreditləşməsini dəstəkləmək üçün banka verdiyi kredit xətlərinin, habelə AB-nin də dəstəyi ilə Azərbaycanın bölgələrindəki fermer və kənd təsərrüfatı müəssisələrinə verilən kreditlərin uğurla həyata keçirilməsinə əsaslanır.
Qeyd edək ki, respublikanın əksər regionlarında filiallara malik olan Bank, özünün strategiyasına müvafiq olaraq, əhaliyə mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin inkişafında öz töhfəsini verməkdədir.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət