Azərbaycanda oyuncaq və tibbi ləvazimatların istehsalına başlanılıb. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatında deyilir.
“Qobu Park 3” yaşayış kompleksində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə yaradılmış oyuncaq və tibbi ləvazimatların istehsalı müəssisələrində istehsala başlanıb. Bu müəssisələr tərəfindən istehsal olunan məhsullar yaxın vaxtlarda "Tutu Toys” və “Gill med” brendi ilə satışa çıxarılacaq”, - deyə məlumatda bildirilir.
Gün ərzində oyuncaq istehsalı müəssisəsində 15-20 çeşiddə 1000-dək yumşaq, 10 çeşiddə 500-dək plastik oyuncaq istehsal olunur.
Tibbi ləvazimatların istehsalı müəssisəsində isə gündəlik olaraq 600-700 ədəd tibbi heyət və xəstələr üçün üst geyimləri, 150-200 ədəd steril cərrahi dəstlər, 5000-ə qədər tibbi maska, 100-150 minarası baxil və digər tibbi tekstil vasitələri istehsal edilir.
Hazırda oyuncaq istehsalı müəssisəsində 10, tibbi ləvazimatların istehsalı müəssisəsində isə 20-dək işçi çalışır.
Yaşayış kompleksində məskunlaşma tam başa çatdıqdan sonra oyuncaq istehsalı müəssisəsində işçilərin sayı 40-a, tibbi ləvazimatların istehsalı müəssisəsində isə 80-ə çatdırılacaq.
Ümumiyyətlə, müəssisələrdə çalışacaq işçilərin 80 faizi qaçqın və məcburi köçkünlərdən ibarət olacaq. Məcburi köçkünlərin və qaçqınların məşğulluğunun biznes layihələr vasitəsilə təmin olunması istiqamətində KOBİA və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasındakı əməkdaşlıq çərçivəsində agentliyin təsis etdiyi “BİRGƏ” MMC ilə komitənin müvafiq departamenti arasında bu ilin yanvarında əməkdaşlığa dair müqavilə imzalanıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət