2020-ci ilin yanvar-may aylarında Azərbaycanda banklar biznes kreditləri və istehlak kreditləri üzrə portfeli azaldıb, ipoteka kreditləşməsini artırıb.
Mərkəzi Bankın məlumatına görə, 2020-ci il mayın 31-nə bankların kredit portfeli 14 milyard 361 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 3,6%) həcmində qiymətləndirilir.
Yanvar-may aylarında banklar biznes kreditləri üzrə portefli 2,5% - 8 milyard 803,5 milyon manatadək və ya bankların bütün kredit portfelinin 61,3%-i səviyyəsində azaldıb. May ayında bankların biznes kreditləri üzrə portfeli 282,7 milyon manat azalıb.
5 ay ərzində banklar istehlak kreditləşməsi üzrə portfeli 8,4% - 3 milyard 732,4 milyon manatadək azaldıb, xüsusi çəki 26% təşkil edib. May ayında banklar istehlak kreditləşməsi üzrə portfeli 81,2 milyon manat azaldıb.
2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda banklar ipoteka kreditləri üzrə portfeli 1,7% - 1 milyard 825,1 milyon manatadək və ya bankların bütün kredit portfelinin 12,7%-dək artırıb. May ayında verilmiş ipoteka kreditləri üzrə portfel 17,3 milyon manat azalıb.
2020-ci il mayın 31-nə Azərbaycanda 26 bank fəaliyyət lisenziyasına malik olub.
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 15-də 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədə iqtisadiyyatın real sektorunun maliyyələşməsində bank sektorunun rolundan narazılıq bildirib. “Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik”, - deyə İ.Əliyev qeyd edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət