Energetika Nazirliyi kiçik su elektrik stansiyaları ilə bağlı inkişaf strategiyası işləyib hazırlayacaq. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“2018-ci ilin 19 oktyabr tarixində Energetika Nazirliyi ilə BP şirkəti arasında imzalanmış “Niyyət məktubu” çərçivəsində nazirlikdə aidiyyəti qurumların mütəxəssislərindən ibarət İşçi qrupu yaradılaraq və layihənin icrasına “SNC-Lavalin’s Atkins” şirkəti cəlb edilərək tədqiqatlar aparılıb”, - deyə məlumatda bildirilir.
Bu gün Azərbaycanda kiçik su elektrik stansiyalarının fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə bağlı aparılan araşdırmaların nəticələrinə dair “SNC-Lavalin’s Atkins” şirkətinin yekun hesabatının onlayn formatda təqdimatı keçirilib. Tədbirdə Energetika, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Azərenerji” ASC, “SNC-Lavalin’s Atkins”, BP və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.
“Tədbirdə bildirilib ki, mövcud kiçik su elektrik stansiyalarının səmərəliliyinin qiymətləndirilməsinə, beynəlxalq təcrübə nəzərə alınmaqla stansiyaların fəaliyyətinin təkmilləşdirilməsinə, eləcə də son illərdə müşahidə olunan quraqlıq da nəzərə alınmaqla yeni su elektrik stansiyalarının tikintisinin məqsədəuyğunluğunun araşdırılmasına zərurət yaranıb. Layihə çərçivəsində 5 kiçik su elektrik stansiyası və yeni stansiyalar üçün seçilmiş 6 sahəyə səfərlər edilib və qiymətləndirmə aparılıb”, - deyə məlumatda qeyd olunur.
Energetika naziri Pərviz Şahbazov iki il müddətinə həyata keçirilən bu layihənin əhəmiyyətini və layihəyə BP şirkəti, eləcə də digər qurumların dəstəyini yüksək qiymətləndirib. “Bu hesabat əsasında ölkəmizdə elektrik enerjisi istehsalı ehtiyaclarını, su potensialını və su qıtlığını nəzərə alaraq, kiçik su elektrik stansiyaları ilə bağlı inkişaf strategiyamızı işləyib hazırlayacağıq. Bu sahənin özəl sektorun cəlbi ilə inkişafı isə əsas hədəflərdən biridir”, - deyə nazir vurğulayıb.
Hazırda Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı 26, 94 min MVt, o cümlədən, külək enerjisi üzrə 3 min MVt, günəş enerjisi üzrə 23,04 min MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Azərbaycanın enerji sisteminin ümumi gücü 7,144 min MVt təşkil edir, bunun 17%-i bərpa olunan enerji mənbələrinin payına düşür. Ölkədə elektrik enerjisinin faktiki istehsalında bərpa olunan enerji mənbələrinin payı iri su elektrik stansiyalarının gücü nəzərə alınmaqla 8,2% təşkil edir.
Energetika Nazirliyinin qarşısında elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-dək artırılması vəzifəsi durur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət